Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Təcrübə danışılmır, praktikada sübut olunur

Təcrübə danışılmır, praktikada sübut olunur

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər mətbuatda Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsi çərçivəsində keçirilən növbəti görüş haqqında geniş yazılar verilirdi. Bildirildi ki, layihənin 10-cu qonağı nazir Emin Əmrullayev olub. Nazir “Təhsil idarəçiliyində strateji baxış və şəxsi liderlik təcrübəsi” mövzusunda çıxış edib.

“Danışır təcrübə” nədən danışır? Olmayan təcrübədən?


Nazir uğurun fərdi xarakter daşıdığını vurğulayıb, şəxsi idarəçilik təcrübəsini bölüşüb. İlk baxışda bu, müasir idarəçilik diskursuna uyğun, motivasiyaedici və faydalı görünür. Lakin məsələni bir qədər dərindən təhlil etdikdə suallar yaranır: hansı təcrübədən, hansı uğurdan, hansı nəticədən danışılır görəsən? Bu “təcrübə”də sözlə reallıq arasında, danışılanla yaşanan arasında uçurum var. Ümumiyyətlə, təcrübə nə deməkdir? Təcrübə söz yığınıdır yoxsa sübut olunandır?


“Təcrübə” anlayışı idarəçilikdə, təhsil siyasətində konkret məna daşıyır. Təcrübə ölçülə bilən nəticələr, sistemli dəyişikliklər, davamlı inkişaf göstəriciləri, cəmiyyət tərəfindən tanınan və qəbul edilən real təsir deməkdir. Əgər təhsil meneceri “təcrübə”dən danışırsa, bu təcrübə konkret suallara cavab verməlidir:


1. Təhsil sistemində hansı keyfiyyət dəyişikliyi baş verib?
2. Universitetlər beynəlxalq reytinqlərdə, məktəblər PİSA qiymətləndirməsində hansı mövqeyə yüksəliblər?
3. Elmi məhsuldarlıq nə səviyyədə artıb? Elmi nəticələr kommersiyalaşıbmı? Necə?
4. Məktəblərdə tədrisin keyfiyyəti real olaraq necə dəyişib? v.s.
Əgər bu suallar cavabsızdırsa, “təcrübə” anlayışı real yox, ritorik xarakterlidir.
Təhsildə nəticə yoxdursa, hansı təcrübə yarana bilər?
Azərbaycanın elm və təhsil sistemi ilə bağlı son illərin mənzərəsi göstərir ki:
1. Universitetlər qlobal reytinqlərdə manipulyasiya ilə cüzi və əhəmiyyətsiz yerdəyişmə ediblər.
2. Elmi nəşrlərin keyfiyyəti və iqtisadi təsiri aşağıdır.
3. Məktəb təhsili əzbərçilikdən qurtula bilməyib.
4. Müəllim peşəsinin sosial statusu ilbəil azalır.


Təhsil idarəçiliyi mərkəzləşmiş və bürokratik xarakter daşıyır. Bu kontekstdə “uğurlu təcrübə”dən danışmaq real deyil.
Simvolik layihələr yoxsa sistemli dəyişikliklər? “Danışır təcrübə” kimi layihələr iki fərqli məqsədə xidmət edə bilər:


a) Həqiqi öyrənmə platforması yaratmaq, real uğur hekayələrinin paylaşılması, uğursuzluqlardan çıxarılan dərslərin müzakirəsi;
b) Simvolik PR aləti olmaq, fəaliyyət görüntüsü yaratmaq, təşkilati boşluqları hay-küylə kompensasiya etmək.


Əgər ikinci variant aparıcı olsa, belə layihələr təhsil sisteminin problemlərini həll etmək əvəzinə, onları ört-basdır edir.
“Fərdi uğur” tezisi sistemsizliyə bəraətdirmi? Nazirin vurğuladığı “uğurun fərdi məna daşıması” fikri də müzakirə edilə bilər. Bu yanaşma bir tərəfdən doğrudur, hər bir insanın uğur anlayışı fərqlidir. Amma dövlət idarəçiliyində məsələ fərd deyil — sistemdir. Əgər uğur fərdiləşdirilirsə, deməli sistemli meyarlar yoxdur, təşkilati qiymətləndirmə zəifdir, nəticələr subyektivdir. Bu təhlükəli bir tendensiyadır. Belə yanaşma ilə istənilən uğursuzluq “fərdi baxış fərqi” kimi təqdim oluna bilər.


Əsas məqsəd təcrübədir, yoxsa, təcrübənin simulyasiyası? Azərbaycan təhsil sistemində əsas çatışmazlıq təcrübənin olmaması yox, onun təşkilati olaraq təhlil edilməməsi, ümumişəldirilməməsi, bu təcrübənin formalaşmamasıdır. Bu zaman qərarlar eksperiment xarakterli olur, nəticələr sistemli şəkildə ölçülmür, uğurlar təşkilati yaddaşa çevrilmir, səhvlərdən öyrənmə mexanizmi yaranmır. Hərçənd nazir tez-tez deyir ki: “uğurun əsasında səhvlərdən nəticə çıxarmaq durur”. Amma ETN-nin səhvləri çox olsa da, bunlardan heç bir nəticə çıxarılmır. Görünür nailiyyətin azlığı səbəblərindən biri də budur. Sanki, ETN heç öz səhvlərini görmür, qəbul etmir. Ekspertlərin, analitiklərin təhlillərini ya oxumurlar, ya da oxuyub mətni anlamırlar (60 % əhali kimi). Belə bir mühitdə “təcrübə paylaşımı” əslində təcrübənin simulyasiyasıdır.


Öyrənməli olanlar necə öyrədə bilərrlər? Normal təhsil sistemlərində təcrübə nəticə əldə edənlər tərəfindən paylaşılır. Bizim təhsildə isə çox zaman nəticə yaratmalı olanlar, nəticə yaratmadan “təcrübə” paylaşır. Bu nəyin, hansı təcrübənin paylaşımıdır belə? Bu yanaşma ironik və təhlükəlidir. Çünki, yanlış modellər formalaşır, normallaşır. İmitasiya real inkişafı əvəz edir, gənc nəsil üçün səhv rol modelləri, səhv fəaliyyət istiqamətləri formalaşır, beləliklə “pokazuxa” kütləviləşir.


İndi danışmaq yox, sübut dövrüdür. Bu gün, süni intellekt və qlobal rəqabət dövründə sözlər yox, nəticələr danışır. Əgər “təcrübə” doğrudan da varsa, bu statistic olaraq görünməlidir, kəmiyyət və keyfiyyət dəyişikliyi olmalıdır, bu beynəlxalq müqayisələrdə təsdiqlənməlidir, cəmiyyət tərəfindən hiss olunmalı, qəbul edilməlidır. Əks halda, “təcrübə” yalnız bir anlayış olaraq qalır — reallıqdan çox, təqdimatın məhsulu kimi.
Biz bu gün təhsildə “təcrübəsizlərin təcrübədən danışması” kimi paradoks görürük. Əsas məsələ şəxslər deyil, sistemdir. Əgər sistem nəticə vermirsə, heç bir fərdi çıxış, layihə, şüar, PR kompaniya, blogerlər bu boşluğu doldura bilməz.


Təcrübə danışılmır, təcrübə praktikada sübut olunur.

İlham Əhmədov, dosent

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Mart 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri