Tedesko: “Komandam “Qalatasaray”la oyunu səbirsizliklə gözləyir”
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sabah Türkiyə Superkubokunun qalibi müəyyənləşəcək.
Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada “Qalatasaray” “Fənərbaxça” ilə üz-üzə gələcək.
Oyun öncəsi keçirilən mətbuat konfransında “sarı-lacivərdlilər”in baş məşqçisi Domeniko Tedesko bir sıra açıqlamalar verib.
Təcrübəli mütəxəssis komanda daxilindəki enerjinin yüksək olduğunu bildirib: “Komanda daxilində çox gözəl bir enerji var. Taliska da komandaya qayıdıb və heyətdə olacaq. Komanda olaraq bu oyunu səbirsizliklə gözləyirik”.
Tedesko klubun yeni transferi Mateo Genduzi barədə də danışıb: “2 gün əvvəl "Latsio" ilə 90 dəqiqə meydanda olub. Sabah neçə dəqiqə oynayacağını futbolçu ilə danışaraq qərar verəcəyik. Onu həm futbolçu, həm də xarakter olaraq tanıyırıq. Qazanan bir oyunçudur. "Fənərbaxça"ya karyerasının sonunda deyil, 26 yaşında gəlib. Onu heyətə qatdığımız üçün çox xoşbəxtik”.
Qeyd edək ki, Türkiyə Superkubokunun final oyunu yanvarın 10-da İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Türkiyə Superkubokunun vaxtı dəyişdirilib Kenan Yıldız "Yuventus"da dekabrın ən yaxşısı seçilib İtaliyada dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşib “Mançester Yunayted” və “Tottenhem” kamerunlu futbolçu uğrunda yarışacaq “Mançester Siti” 70 milyonluq transferini açıqladı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 Yanvar 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















