Tədiyyə Balansının son göstəriciləri bəlli oldu
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın xarici iqtisadi əlaqələrinin əsas göstəricilərini özündə əks etdirən Tədiyyə Balansının son göstəriciləri bəlli olub.
“Yeni Sabah” xəbər verir ki, ölkənin xarici ticarət balansında müsbət dinamika qorunub saxlanılsa da, xidmətlər və ilkin gəlirlər sektorunda kəsir müşahidə olunur.
Cari hesab balansı üzrə 1 milyard 664 milyon dollar həcmində müsbət saldo (profisit) qeydə alınıb. Bu göstəricinin formalaşmasında xarici ticarət balansındakı müsbət mənzərə həlledici rol oynayıb. pizza hut
Ümumi İxrac: Malların ixracı 5 milyard 950 milyon dollar təşkil edib. İxracın böyük hissəsi - 5 milyard 137 milyon dolları neft-qaz sektorunun, 813 milyon dolları isə qeyri-neft/digər sektorların payına düşüb.
Ümumi İdxal: Malların idxalı 3 milyard 911 milyon dollar olub (neft-qaz sektoru üzrə 404 mln. dollar, digər sektorlar üzrə 3 mlrd. 507 mln. dollar).
Ticarət Saldosu: Nəticədə xarici ticarət balansında 2 milyard 39 milyon dollarlıq xalis gəlir (müsbət saldo) yaranıb.
Məlumatlara əsasən, xidmətlər balansı 590 milyon dollar kəsirlə (mənfi saldo) yekunlaşıb. Xidmət idxalı (890 mln. dollar) xidmət ixracını (300 mln. dollar) üstələyib.
Nəqliyyat Sektoru: Xidmətlər tərkibində ən böyük gəlir gətirən sahə nəqliyyat olub. Nəqliyyat xidmətlərindən daxilolmalar 507 milyon dollar müsbət saldo yaradıb.
Tikinti Sektoru: Tikinti xidmətləri üzrə isə 467 milyon dollarlıq mənfi saldo qeydə alınıb.
Maliyyə hesabı və kapitalla bağlı əməliyyatlarda xarici kapitalın ölkəyə cəlb olunması dinamikası diqqət çəkir.
Doğrudan İnvestisiyalar: Azərbaycana cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 1 milyard 720 milyon dollar olub. Eyni dövrdə xarici investisiyaların repatriasiyası (xaricə çıxarılması) 1 milyard 654 milyon dollar təşkil edib.
Pul Baratları: Fiziki şəxslərin xaricdən ölkəyə göndərdiyi pul baratları (daxilolmalar) 297 milyon dollar, ölkədən xaricə transferlər isə 104 milyon dollar olub. Nəticədə fiziki şəxslərin pul baratları üzrə xalis daxilolma 193 milyon dollar təşkil edib.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 05 Sentyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















