Icma.az
close
up
RU
Tədqiqat: İyunda Avropada isti hava dalğası nəticəsində ölənlərin sayı üçqat artıb

Tədqiqat: İyunda Avropada isti hava dalğası nəticəsində ölənlərin sayı üçqat artıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

Ondan çox şəhəri əhatə edən təhlilin ilkin nəticələri göstərir ki, planeti qızdıran çirklənmə iyunun sonunda Avropanı vuran “səssiz dağıdıcı” istilik dalğası fonunda ölənlərin sayını üç dəfə artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə sübut olunmuş metodlardan istifadə edən, lakin hələ də ekspert rəyinə təqdim edilməyən “World Weather Attribution” qrupunun apardığı sürətli təhlildə qeyd olunub.

Təhlillərə görə, ölüm hallarının üçdə ikisi iqlim dəyişikliyi nəticəsində baş veribi. Alimlərin hesablamalarına görə, 23 iyun - 2 iyul tarixləri arasında Avropada temperaturun yüksəldiyi 12 böyük şəhərdə şiddətli istilər 2300 nəfərin həyatına son qoyub. Ölüm hallarının 1500-ü planetin istiləşməsinə və ekstremal hava şəraitinin artmasına səbəb olan iqlim dəyişikliyi ilə əlaqələndirilir.

Milan mütləq mənada ən çox zərər çəkmiş şəhər olub; 499 ölüm halından 317-si onun payına düşür. Onun ardından Paris və Barselona gəlir. Londonda istiliklə bağlı 273 ölüm qeydə alınıb, onlardan 171-i tədqiqatçılar tərəfindən insanın iqlimə təsiri ilə əlaqələndirilib.

London Gigiyena və Tropik Tibb Məktəbinin epidemioloqu və tədqiqatın həmmüəllifi Malkolm Mistri deyib: “Bu araşdırma istilik dalğalarının səssiz öldürücü adlandırılmasının səbəbini göstərir. İspaniya, Fransa və İtaliyada bir neçə ölüm halı qeydə alınsa da, anomal istilərin minlərlə insanın ölümünə səbəb olması gözlənilir”.

Tədqiqat nəticəsində məlum olub ki, ən yüksək ölüm nisbəti yaşlı insanlar arasında olub, iqlimlə bağlı ölümlərin 88 faizi 65 yaşdan yuxarı olanlarda baş verib. Tədqiqatçılar bildiriblər ki, həddindən artıq istilər “az qiymətləndirilən” təhlükədir, çünki qurbanların çoxu ictimaiyyətin gözündən uzaqda – evdə və xəstəxanalarda ölüb, bu barədə mediada çox az məlumat verilib və ya heç bir xəbər yer almayıb.

Alimlər müəyyən ediblər ki, iqlim dəyişikliyi bəzi şəhərlərdə temperaturun 4°C artmasına səbəb olub və əlavə olaraq 1500 nəfərin ölümü ilə nəticələnib. Aİ-nin “Kopernik” rəsədxanası keçən ayın Aralıq dənizinin qərbində “müstəsna” dəniz isti dalğası ilə bağlı rekordlar tarixində üçüncü ən isti iyun olduğunu bildirib. İyun ayında dəniz səthinin orta gündəlik temperaturu region üçün rekord həddə - 27°C-yə çatıb.

“Kopernik”, həmçinin gecə temperaturun 20°C-dən aşağı düşmədiyi və insanların yatmaqda çətinlik çəkdiyi təhlükəli “tropik gecələr”in sayının əhəmiyyətli dərəcədə artdığını aşkar edib. Ötən ay İspaniyanın bəzi bölgələrində 24 “tropik gecə” qeydə alınıb ki, bu da iyunun orta göstəricisindən 18 dəfə çoxdur.

Yüksək temperaturun balıqlara mənfi təsir göstərdiyi və qidalanan bəzi bitkiləri məhv etdiyi də məlumdur. Son illər Aralıq dənizində artan istilər səbəbindən balıqların kütləvi şəkildə tələf olması halları dəfələrlə baş verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri