Tədqiqatçı alimlər “İmarət” Tarix Memarlıq Muzey Kompleksində olublar
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 dekabr, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun rəhbərliyi ilə bir qrup alim Ağdam şəhərindəki “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi heyətin tərkibində A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçiləri - tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Rəhmanzadə və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mehri Xanbabayeva olublar. Alimləri Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin direktor səlahiyyətlərini icra edən Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov və Ağdam Mədəniyyət Mərkəzinin direktoru Zaur Həsənov qarşılayıblar.
Görüşdə layihə rəhbəri Pərviz Qasımov bildiririb ki, Ağdam şəhəri işğaldan azad olunduqdan sonra ərazidə arxeoloji tədqiqatlar aparılıb. Arxeologiya və Antropologiya İnstitutunun müasir elmin tələblərinə uyğun apardığı tədqiqatlar tarixi kompleksdə işğalçılar tərəfindən törədilmiş çoxsaylı vandalizm aktlarını üzə çıxarıb. Eyni zamanda, Qarabağ xanlığı və xanlarının şəcərə tarixinin öyrənilməsi üçün biofaktlar toplanıb və müasir antropoloji və genetik tədqiqatlara cəlb edilib. Abidələr kompleksi ərazisində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il 20 fevral tarixli Sərəncamına əsasən “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. “Hazırda “İmarət” Kompleksində tədqiqatların ikinci mərhələsi başlanıb. Dövlətçiliyimizin tarixi atributlarından biri olan “İmarət” Kompleksinin tarixi və arxiv məlumatlara əsasən tədqiqat mərhələsinə cəlb olunan mütəxəssislərimiz abidə ilə əyani tanış olmaq üçün Ağdama, “İmarət” Kompleksinə gəliblər”.
Daha sonra “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin əməkdaşı Aynurə Cəfərovanın müşayəti ilə tədqiqatçı alimlər komplekslə tanış olublar. Tanışlıq çərçivəsində P.Qasımov ərazidə aparılmış arxeoloji və antropoloji tədqiqatlar və bu tədqiqatların nəticələri barədə görüş iştirakçılarına geniş məlumat verib.
Elmi səfərin sonunda elmi heyət “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin direktor səlahiyyətlərini icra edən Ülvi Qədirovla fikir mübadiləsi aparıblar.
Səfər müddətində müvafiq fotoçəkilişlər aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 24 Dekabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















