Icma.az
close
up
RU
Tədqiqatçılar Ağrıda Nuhun gəmisini axtaracaqlar

Tədqiqatçılar Ağrıda Nuhun gəmisini axtaracaqlar

Icma.az bildirir, News24 portalına istinadən.

ABŞ-dan bir qrup müstəqil tədqiqatçı Nuhun gəmisinin qalıqlarını tapmaq məqsədilə Ağrı Tendürək dağının Durupınar silsiləsində araşdırmalara başlayıb.

Böyük Ağrı zirvəsindən 29 kilometr cənubda yerləşən və 164 metr uzunluğunda olan Durupınar yatağının forması gəmini xatırladır. Bu ərazi İslam, Yəhudilik və Xristianlıq kimi İbrahim dinlərindəki Nuh tufanı rəvayəti ilə əlaqələndirilir.

News24.az xarici mediaya istinadən bildirir ki, Durupınar sahəsi ilk dəfə 1948-ci ildə müəyyən edilib və 1970-ci illərdə özünü həvəskar arxeoloq adlandıran Ron Wyatt bu ərazidə Nuhun gəmisinin yerləşdiyini iddia edib. O dövrdə bu fikir geniş yayılmışdı.

Hazırda bu sahəyə maraq göstərən Kaliforniyadan bir qrup araşdırmaçılar “Nuhun Gəmisinin Drenaj Layihəsi” adı altında fəaliyyət göstərirlər. Lakin onların yaxın müddətdə qazıntı işlərinə başlamaq planı yoxdur. Komanda ilk növbədə ərazinin qorunmasına və yerli elm adamlarının əlavə tədqiqat aparmasına üstünlük verir.

Komandanın bəyanatında qeyd olunub ki, sərt iqlim şəraiti və torpaq sürüşmələri nəzərə alınaraq, yerin geofiziki tədqiqi, torpaq nümunələrinin analizi və radar skanları kimi dağıdıcı olmayan metodlara üstünlük veriləcək. Qazıntılar yalnız kifayət qədər dəlil toplandıqdan və mühafizə planı hazırlandıqdan sonra mümkün ola bilər.

Qeyd edək ki, indiyədək aparılan elmi araşdırmalar Durupınar sahəsini Nuhun tufanı ilə əlaqələndirən heç bir sübut ortaya qoymayıb. Ron Wyatt ilə birlikdə bölgədə araşdırma aparmış tədqiqatçı David Fasold da bu formanın təbii geoloji proseslərin nəticəsi olduğunu iddia edib.

Nuh tufanı hekayəsi Tövrat, İncil və Quranda fərqli detallarla izah olunur. İslam Ensiklopediyasına görə, Quranda Nuhun qövmünün imansızlıqda israr etdikdən sonra tufanla cəzalandırıldığı, Nuhun isə ailəsi və iman gətirənlərlə birlikdə gəmi vasitəsilə xilas olduğu bildirilir.//crossmedia.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 May 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see350

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see311

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see309

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see296

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see284

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see267

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see255

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see255

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see251

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see243

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see240

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see240

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see240

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see231

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see227

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see226

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see197

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see194

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri