Tədris ilinin uzadılması müzakirə olunur: Yay tətili qısala bilərmi?
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır.
Bəs Azərbaycanda yay tətilləri qısaldıla bilərmi?
Demokrat.az xəbər verir ki, “redaktor.az”a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, həqiqətən də təhsil göstəriciləri yüksək olan bəzi ölkələr var ki, orada yay tətili qısadır:
"Məsələn, Azərbaycanda yay tətilinin qısaldılması biliklərin unudulmasını azalda bilər. Məsələn, ibtidai siniflərdə müəyyən qədər hazırlıqsız olanlar, valideyn diqqətindən kənarda qalanlar, əməyə cəlb olunanlar var ki, bunlar məktəbə gəlsələr, əlbəttə ki, onlar üçün biliklərin unudulmasının qarşısı müəyyən qədər alınar. Yəni məktəbə gələcək, məcburdur ki, təkrarlasın.
Bu, tədris proqramının mənimsənilməsi imkanlarını artıra bilər. Qiymətləndirmədə layihə fəaliyyətlərinə və digər sahələrə vaxt ayırmaq üçün daha geniş imkanlar yarada bilər".
Müsahibimiz məsələnin riskli tərəflərindən də danışdı:
"Yəni tətil sadəcə keyfiyyətin artırılması üçün deyil. Burada şagirdin dincəlməsinə də ehtiyac var. Ona görə də bu məsələyə bir qədər geniş yanaşsaq, onsuz da bizim şagirdlər əksər hallarda tətil müddətində də hazırlıqlara, repetitor yanına gedirlər. O baxımdan bunun rəsmiləşdirilməsi bəlkə də abituriyentlərə və valideynlərə müəyyən fayda verə bilər. Amma burada iqlim amili də nəzərə alınmalıdır. İqlim amili əsas rol oynayır.
Əlbəttə ki, burada 40 dərəcəyə qədər isti olan bölgələr var ki, orada tədrisin keyfiyyətindən belə söhbət gedə bilməz. Düşünürəm ki, həm müəllimlər, həm də şagirdlər mövcud sistemə artıq adaptasiya olunub, uyğunlaşıblar.
Əgər belə bir rəsmi addımın atılması vacib hesab edilsə, o halda bunun hansı müddətdə artırılmasının məqsədəuyğun olduğu düşünülməlidir. Təbii ki, yay aylarında tədris müddətinin artırılması heç bir effekt verməz. Ona görə də yəqin ki, bu, uzun müzakirələr tələb edən və yalnız nəticələri hesablandıqdan sonra addımlar atılması lazım gələn bir məsələdir".
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Tədris ilinin iyunun 14 dək uzadılması şagirdlərə nə qazandırır? Ekspert RƏYİ
08 İyun 2026 13:50
Yay düşərgələri: əyləncə də olmalıdır, tədris də...
25 İyul 2025 11:02
Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir
09 Sentyabr 2026 14:54
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
12 İyun 2026 18:22
Bakı məktəblərində tədris ilinin ilk günündən FOTOREPORTAJ
15 Sentyabr 2025 09:00
Baxış sayı:154
Bu xəbər 23 İyun 2026 19:18 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları