Tedros Gebreyesus: Maliyyənin azaldılması səbəbindən ÜST çətin bir dövr keçirir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 30 sentyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çətin dövrlə üzləşir və maliyyənin azaldılması fonunda işçilərini ixtisar etmək məcburiyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus Vaşinqtonda Ümumdünya Səhiyyə Təşkilatının Amerika üzrə Regional Bürosunun 77-ci sessiyasında çıxışı zamanı deyib.
O bildirib: “Bu, hamımız üçün ağrılı və çətin vaxtdır - biz karyeralarını insanlara xidmət etməyə, işləməyə və COVID-19 pandemiyası zamanı əhəmiyyətli təzyiq altında nəticələr verməyə həsr etmiş bir çox istedadlı və fədakar həmkarlarımızla vidalaşırıq”.
ÜST-nin Baş direktorunun sözlərinə görə, təşkilatda yüksəksəviyyəli menecerlərin və direktorların sayı iki dəfə azalıb. Digər tədbirlər arasında o, “səfərlərin əhəmiyyətli dərəcədə azaldılmasını” göstərib.
Bu ilin may ayında ən böyük donorlardan biri olan ABŞ-ın təşkilatdan çıxmaq qərarından sonra ÜST-ə üzv dövlətlər 2026-2027-ci illər üçün 4,2 milyard avro azaldılmış büdcəni qəbul ediblər, habelə 5,3 milyard avroluq ilkin büdcə təklifinə 21% azalma kontekstində yenidən baxılıb.
ABŞ 2026-cı ildə bu təşkilatda üzvlüyünü rəsmən dayandıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 30 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















