“Təəssüf ki, “Lindemans”la cavab oyununa yeni voleybolçularsız çıxacağıq” Cəlil Cəlilovun ə AÇIQLAMASI
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın “Xilasedici” voleybol klubu ilk oyunda üzləşdiyi çətinliklərə baxmayaraq, Çellenc Kubokunda 1/8 finala yüksəlmək əzmindədir.
Bu barədə İdman.Biz-ə komandanın baş məşqçisi Cəlil Cəlilov məlumat verib.
O vurğulayıb ki, komanda ilk oyundakı 0:3 hesablı məğlubiyyətdən sonra tam olaraq özünə gəlib.
“Bəli, qələbə rəqibə müəyyən psixoloji üstünlük verir, lakin biz də son dərəcə qətiyyətliyik və oyunu qazanaraq qarşılaşmanı “Qızıl set”ə daşıyacağımıza ümid edirik. Təəssüf ki, oyunçuların viza problemləri səbəbindən iki transferi reallaşdıra bilmədik, amma əlbəttə ki, bu, mümkün uğursuzluq üçün bəhanə olmayacaq. Problemləri evdəki oyunda uduzmaqla özümüz yaratmışıq və yanvarın 7-də Belçikada vəziyyəti xilas etməyə, klubumuzun adına layiq olmağa çalışacağıq”, – deyə Cəlil Cəlilov bildirib.
Qeyd edək ki, “Xilasedici”nin “Lindemans”la cavab oyununda yalnız 3:0 və ya 3:1 hesablı qələbə variantı sərf edir. Bu halda turnirin reqlamentinə əsasən, növbəti mərhələyə vəsiqənin sahibi “Qızıl set”də müəyyənləşəcək. Həmin setin qalibi Çellenc Kubokunun 1/8 finalına yüksələcək.
Vüqar Vüqarlı
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 05 Yanvar 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















