Icma.az
close
up
RU
Təəssüratın bu səfəri Çin Səddi

Təəssüratın bu səfəri Çin Səddi

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uzun illərdən sonra məni başımı gömdüyüm qaranlıqdan alıb, unutduğum gülüşümü üzümə qaytaran tələbə bacım, AzTV-nın Çinin paytaxtındakı xüsusi müxbiri Afaq və onun həyat yoldaşı – tələbə dostum - “AzərTac”ın xüsusi müxbiri Şahin Cəfərovlara minnətdarlıqla...

Təsadüf deyilən bir şey yoxdur - deyir mənim kimi fataliklər. Qədərinə yazılan qədər yaşayırsan məğlubiyyət və qələbə tandemində keçən ömrü. Yoxuşunda yorulanı, enişində dincələni, vaz keçəni olur.

Əslində tale-ömür deyilən yol zirvəyə hesablanmış bir marafondu. Harada durmağın sənin iradə gücündən asılı olsa da, iki cümlə əvvəlində dediyim kimi, səndən asılı olmayaraq, yazılanı yaşamağından keçir. Bir növ bu yolun icraçısısan.

Təsadüflərə inanmasam da, qədərçi olduğum üçün möcüzələrə inanıram. Bir səfər təəssüratımı təsadüflə möcüzənin müşayiətinə bağlamağımın özü də təsadüfi deyil.

Göylərin altında olan - Çinə səfərim plansızdı. Arzularıma o yerləri görmək də daxildimi, deyə bilməyəcəyəm. Tam yarım əsrin yarısı qədər ayrı düşdüyüm tələbə dostum, rəfiqəm, ən sevdiklərimin başında gələn Afaq Məmmədlidən ayrıldığım çox olmuşdu. Moskvaya gələndə onu da digər tələbə dostlarım kimi, Bakıda qoymuşdum. Bizim tələbəliyimiz  90-ların sonu, 2000-lərin əvvəlinə  siyasi-ictimai, mədəni və hətta mənəvi həyatı siz qarışıq deyin, mən rəngarəng - bir dövrə düşmüşdü. Və o dövr internetləşmənin başlanğıcı idi, sosial şəbəkə, virtual platformalar sadəcə xəyaldı. Həyatımıza yeni daxil olan düyməli telefonda qısa mesaj 160 simvol-işarə təşkil edirdi ki, fikrini çatdırmaq üçün, məncə, çox qısaydı.

Bu gün limitsiz mesajlardan yorulmuş, uzun yazıları oxumaq istəməyən bizlər o zaman da qısalığından şikayət edirdik. Artdıqca dəyərdən düşür çox şey...

Hər nə isə... Keçən illərin hesabatını verir insan hər ömrünün ildönümündə. Yuvarlaq olub-olmaması əsas deyil (sonu 5 və ya 0-la bitməsi). Əsas olan yolunun səni enişəmi, yoxsa yoxuşamı çıxarmasını dərk etməyindir. Dünya yuvarlaq olduğu üçün enişi-yoxuşu, maililiyi, dikliyi və ya hamarlığını təyin etmək həndəsənin işidir. Biz A məntəqəsindən Z məntəqəsi arasında yerləşən yolun hansı dayanacağında nələrlə qarşılaşdığımızla qoşalaşdırıb ayırd edərik eniş və ya yoxuşda olduğumuzu.

Başında dediyim təki, ya qələbə - sevinc, ya məğlubiyyət - kədər. Buna görə.

Bir zamandan sonra fərqinə varmadan irəliləyərsən ha, bax, mən tam orasındaydım. Ölümlü dünyada onun qara nəfəsinin acı tüstüsünün gözümü yaşartdığı yerində. Və uzun illər axtardığım tələbə dostuma o günlər daha artıq ehtiyac duyduğum anlardı.

Haradasan?

Axtardım həyatımızı bütövlukdə zəbt, bizi əsarətində saxlayan, diktəsinə oynadığımız, - kim oynatmadığını sanırsa, bu da onun doğrusu, mənin yanlışım olsun, - sosial şəbəkələrdə. Mən Məmmədli soyadı ilə axtarırdım. O, çoxdan Cəfərova olmuşdu. Yenə çox sevdiyim başqa bir tələbə dostum Qönçəgül Kamalqızının təxmininə görə - məhz bu o ola bilər - dedi və nömrəsini verdi. Həyat onu Çinə götürmüşdü.

Bu səfər təəssüratını yazmağımın məqsədi onu tapmağım deyil. Tapışmağımızın üstündən bir ildən artıq vaxt keçib.

Bu böyüklükdə giriş nəyə lazımdır - deyirsiniz indi. Əgər hövsələniz çatıb bura kimi oxuya bilibsinizsə...

Doğum günüm oktyabrın 4-dədir. Heç qeyd etmədim. Etmədilər də...

Gülməyi unutduğum, kədərin tam məni məngənəsində saxladığı, tənhalıqla başımı qatdığım zaman arada yazışırdıq. “Ayın 9-u sənin doğum günündür, eləmi?” - dedi.

- Yanlış yadında qalıb. 4-üdür dedim.

- Bəs nə edirsən doğum günləri?

- Heç. Əvvəllər Türkiyəyə gedər, həmin gün oteldən çölə çıxmazdım...

- Həə, dedi... Sonra Çindən mənə nə isə göndərmək üçün pasport qeydlərimi istədi.

- Kiçik bir şey))) Küsərəm verməsən - deyəndən sonra yolladım. Sonrası...

O gün üç aydır rəsmi qəbul olunduğum işə gedirdim. Metroda ayağım altında bir nişan (znaçok) qaldı. Dostoyevskinin rəsmi və üstündə belə bir yazı vardı. “Жалкая я букашка и или супер ниндзя черепашка - Mən yazıq, balaca bir həşəratam, yoxsa super ninja tısbağa?”

Dostoyevski ayaqlar altında qala bilməz! Götürüb çantama atdım. Bir cizgi filmindən olan replikanın Dostoyevski ilə əlaqəsi “Cinayət və cəza”da Raskolnikovun “Тварь ли я дрожащая или право имею? - Mən titrəyən bir məxluqam, yoxsa buna haqqım var?” - göndərməsiydi.

İşarətlərə inanıram. Son zamanlar keçdiyim yola dönüb baxsam, özümü tısbağadan da yavaş hiss edirəm. Amma həşərat olmaq...

Sentyabrın 30-u və mənim elektron poçtumda Pekinə bilet vardı. Çantamı tökdüm və həmin nişan. O nişanı yola götürəcəyim əl yükü çantasının üstünə taxdım. Getməyə qərar verdim. Tısbağaya nə dəxli...

Əsl tısbağa yerişi də buradan başlayır. Elə sabah uçacağım vaxt çamadanıma ayağım ilişdi və ayaq baş barmağım zədələndi.

Mən ilk dəfə - bəlkə çoxlarının mənim yaşımda azı dəfələrlə dünyanın bir çox ölkəsinə səfər etdiyi Göyün altındakı Səmavi İmperiyanın paytaxtına axsaya-axsaya çatdım. Zarafat deyil,  dünyanın yeni yeddi möcüzəsindən birinə sahib Çin Səddinin tikildiyi, böyük İpək Yolunun keçdiyi bir məkandaydım.

Ayağımın ağrısını da, içimdə məni gəmirən, üzümə kölgə olan kədəri də bir anlıq unutmuşdum. Həyəcanlı görüş-uzun tarixdən sonra elə belə bir tarixi məkanda olmalıydı - deyib gülürdüm.

Və mən bu gün evin içində iki addım yeriməyə zorluq çəkdiyim o sınıq ayaqla Çin Səddinin ən yüksək zirvəsinə qalxdım. Bilmirəm, yerinmi möcüzəsiydi, yoxsa istəyiminmi əzmi?! Xarici düşmənlərdən qorunmaq və ticarət yoluna nəzarət etmək üçün tikilən Çin Səddinin geniş pilləkənlərini qalxdıqca, ayağım altnda əsrlərə şahid olmuş, neçə milyonlarla insanın qanı-canı ilə yoğrulmuş dağ yarğanından dikinə uzanan və Göylərin oğlunun ərməğanı adını elə o göylə yerin birləşməsinə doğru uzanan sərhəddə doğruldan  zirvədəydim. 

Tünzalə Vəliqızı

Moskva-Pekin-Moskva

01.10.2026-13.10.2026

(Davamı olacaq)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Oktyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri