Icma.az
close
up
RU
Təhlükə: Bakıda maşın təmiri sexi bağlandı Video

Təhlükə: Bakıda maşın təmiri sexi bağlandı Video

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən Axar.az-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, 8A ünvanında yerləşən Pərviz İlqar oğlu Əliyevə məxsus avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;

- normativ sənədlərin tələblərinə zidd olaraq yüksəkmərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsində avtomobil təmiri sexi fəaliyyət göstərir;

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyektdə polietilen materialdan ibarət arakəsmə quraşdırılaraq ətrafına tezalışan əşyalar yığılıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- obyekt odsöndürən balonlarla təmin olunmayıb;

- obyektin layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdim edilməyib;

- obyektdə yanğın təhlükəsizliyinin təmin olunması üçün təlimat hazırlanmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Mövcud vəziyyətin obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyi .

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see252

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see130

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see124

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see124

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see122

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see121

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see121

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see121

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see120

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see120

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see120

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see120

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see119

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see117

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see117

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see117

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see117

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

14 Avqust 2025 08:03see116

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see116

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri