Təhlükə yaradan vecsiz piyadalar moped sürücüsünü görün necə qəzəbləndirdi VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Azadlıq prospektində (“28 Mall” ticarət mərkəzinin qarşısında) piyadaların qayda pozuntusu kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, sürücü qarşılaşdığı xoşagəlməz mənzərənin görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. Videoda piyadaların işıqforun yaşıl işığında keçiddən keçərkən hərəkətdə olan mopedi təhlükə altına atdığı görünür. Moped sürücüsü dəfələrlə siqnal versə də, onlar buna məhəl qoymadan hərəkətlərini davam etdiriblər.
Bir qədər sonra sürücü yenidən təhlükə ilə üzləşib. Bu dəfə yolu təyin olunmamış yerdən keçən gənc oğlan qəza şəraiti yaradıb.
Qeyd edək ki, həmin ərazidə piyadaların qayda pozması tez-tez müşahidə olunur. Onlara cərimə tətbiq edilsə də, yenə də məsuliyyətsizlik edərək həm öz həyatlarını, həm də sürücüləri riskə atırlar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 25 Sentyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















