Icma.az
close
up
RU
Təhlükəli dövr gəldi: Faciələrin olmaması üçün nə etməliyik? Açıqlama

Təhlükəli dövr gəldi: Faciələrin olmaması üçün nə etməliyik? Açıqlama

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Havaların soyuması ilə birlikdə evlərdə isitmə sistemlərindən daha çox istifadə olunur. Bu isə hər il olduğu kimi dəm qazı təhlükəsini yenidən gündəmə gətirir. Artıq bu mövsümün ilk hadisələri qeydə alınıb. Qaz sızması və dəm qazından zəhərlənmə nəticəsində bir nəfərin həyatını itirdiyi bildirilir.

Bəs biz nəyə diqqət etməliyik ki, bu cür faciələr təkrarlanmasın?

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Ölkə.az-a açıqlamasında bildirib ki, yay fəslinin başa çatması ilə əlaqədar havalar soyumağa başlayır.

Onun sözlərinə görə, bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar:

"Sobadan, kombidən, kamin və digər qurğulardan istifadə yenidən gündəlik həyatımıza daxil olur. Amma çox vaxt diqqətdən yayınan, lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyinə çevrilən bir məsələ var. Bu da tüstü bacalarının vəziyyətidir. Tüstü bacaları evin tüstüsünü çıxaran sadə bir qurğu kimi görünsə də, düzgün işləməyən baca insan həyatı üçün böyük təhlükə yaradır. Çünki dəm qazı zəhərlənməsi, yanğın və digər faciələr məhz buradan başlayır. Təəssüf ki, ölkəmizdə hər il qış mövsümündə dəm qazından zəhərlənmə halları baş verir. Bu hadisələrin çoxu ölümlə nəticələnir. Statistikaya görə, hər il onlarla insan məhz dəm qazı səbəbindən həyatını itirir.

Hadisələrin də böyük əksəriyyəti bacaların vaxtında təmizlənməməsi və texniki nasazlıq ucbatından baş verir. Bir çox fərdi evlərdə tüstü bacaları illərlə təmizlənmir. Çoxmənzilli binalarda isə tüstü bacalarının və ventilyasiya sistemlərinin təmizlənməsi mənzil kommunal təsərrüfatı idarələrinin və ya MTK-ların öhdəliyinə düşsə də, çox vaxt bu işlər lazımi qaydada icra olunmur. Problemlərin ən böyüyü bacaların köhnəlməsidir. Sovet dövründə tikilmiş binalarda, köhnə fərdi evlərdə, illərlə təmizlənməyən tüstü bacaları artıq tamamilə yararsız vəziyyətə düşüb. Çatlar, qopmuş kərpiclər, tutulmuş kanallar, bütün bunlar dəm qazının evə dolmasına səbəbdir. Digər səbəb isə insanların qeyri-peşəkar müdaxiləsidir. Çox vaxt ev sahibləri bacaları özləri açmağa, təmizləməyə çalışırlar. Amma bu təhlükəni aradan qaldırmır, əksinə daha da artırır. Çünki düzgün təmizlənməyən baca zədələnə və qaz evə sıza bilər".

Ekspert bildirib ki, bu işlərin icrası mütləq ixtisaslaşmış təşkilatlar tərəfindən icra olunmalıdır:

"Tüstü bacalarını kim təmizlənməlidir? İnsanlar hara müraciət etməlidir? Bu sual da çox mühüm sualdır. Qanunvericiliyə görə, fərdi evlərdə bacaların işlək vəziyyətdə saxlanılması ev sahibinin məsuliyyətidir. Çoxmənzilli binalarda isə mənzil kommunal idarələrinin və MTK-ların öhdəsinə düşür. Amma real vəziyyətdə insanlar çaşqınlıq içindədirlər, çünki kimə müraciət edəcəklərini bilmirlər. Bu sahədə dövlət səviyyəsində vahid qayda və vahid xidmət sistemi yaradılmalıdır. Bacaların təmizlənməsi yalnız ixtisaslaşmış xidmətlər tərəfindən icra olunmalıdır. Yəni vətəndaş ev sahibidirsə, çoxmənzilli binada yaşayırsa, sadəcə bir xidmətə, dövlətin tanıdığı rəsmi quruma müraciət etməlidir. Həm məsuliyyət dağınıq olmaz, bu halda həm də xidmətin keyfiyyətinə zəmanət verirlər. Belə bir sistem yaradılsa, insanlar dəqiq biləcəklər ki, hara müraciət etməlidirlər. Dövlət də bacaların vəziyyətinə nəzarəti təmin edə bilər.

Bu, ölkədə dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün əsas addımlardan biridir. Beynəlxalq təcrübədə geniş istifadə olunan dəm qazı detektorlarının rolu barədə onu qeyd etmək olar ki, dəm qazı detektoru kiçik, sadə bir cihazdır. Batareya ilə işləyir, baha deyil, amma həyati əhəmiyyət kəsb edir. Qaz evdə toplanmağa başlayanda cihaz səs siqnalı verir. İnsan dərhal anlayır ki, təhlükə var və müvafiq tədbirlər görür. Avropa ölkələrində bu cihazların istifadəsi məcburi xarakter daşıyır. Məsələn, Böyük Britaniyada, Almaniyada, Skandinaviya ölkələrində qaz cihazı quraşdırılan hər evdə detektor da quraşdırılır. Orada bu, qanuni tələbdir. Bu qaydalar illərin acı təcrübəsindən sonra qəbul olunub və minlərlə insanın həyatını xilas edib. Təəssüf ki, bizdə bu hələ geniş yayılmayıb. Halbuki hər bir evdə qaz detektoru olsa, dəm qazı faciələrinin böyük hissəsinin qarşısı alınır. Bir daha qeyd edim ki, bacaların təmizliyi və təhlükəsizliyi sadəcə texniki məsələ deyil. Bu, həyat və ölüm məsələsidir. Hər il ölkəmizdə baş verən dəm qazı faciələrinin qarşısını almaq mümkündür. Bunun üçün sadəcə hər birimiz məsuliyyətli olmalı, bacaların təmizlənməsinə və müvafiq təhlükəsizlik tədbirlərinin vaxtında və fasiləsiz yerinə yetirilməsinə diqqət yetirməliyik".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri