Icma.az
close
up
RU
Təhlükəli havanın proqnozlaşdırılması üçün radar sistemləri quraşdırılıb Nazir müavini

Təhlükəli havanın proqnozlaşdırılması üçün radar sistemləri quraşdırılıb Nazir müavini

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 282 nömrəli Fərmanı ilə “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda konfransda çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, bu informasiya sistemi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin, habelə digər fiziki və hüquqi  şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcədə göstərilən xidmət sistemlərində saxlanılan məlumatların sistemliyini və əlçatanlığını təmin edir.  

"Əsasnaməsi təsdiq edilmiş informasiya sisteminin “Meşə” altsistemi, “Ekoloji təhlükəsizlik” altsistemi, “Ekoloji ekspertiza”, “Ekoloji monitorinq”, “Tullantıların idarə olunmasına dövlət nəzarəti”, “Bioloji müxtəliflik”, “Hidrometeorologiya”, “Geologiya”, “Geodeziya və kartoqrafiya”, “Yaşıllaşdırma və landşaft quruluşu”, “İqlim” kimi alt sistemləri özünə ehtiva edir. “Rəqəmsal ekologiya” informasiya sistemi hazırlanarkən daxilində toplanan məlumatlar, onların düzgün şəkildə idarə olunması, ictimaiyyətin, akademik səviyyədə, eləcə də digər dövlət qurumlarının xidməti fəaliyyətlərində istifadə etmələri üçün məlumat dəstlərinin hazırlanması prioritet istiqamət kimi müəyyən olunmuşdur. 

Layihə çərçivəsində “Hidrometeorologiya” alt sistemi hazırlanmış və istifadəyə verilib. Hazırda ölkə ərazisində yerləşən 72 sayda avtomat meteoroloji stansiyadan və 7 sayda ənənəvi stansiyadan daxil olan məlumatlar bu sistem vasitəsilə analiz olunur və hidrometeoroloji proqnozların tərtib edilməsində istifadə edilir. Bir dəqiqə ərzində 6 dəfə stansiyalardan məlumatlar toplanaraq verilənlər bazasında arxivlənir və arxivlənən böyük həcmli məlumat yeni analizlərin aparılması üçün fürsətlər yaradır".

Nazir müavini qeyd edib ki, bu məlumatlar Elektron Hökümət İnformasiya Sistemi üzərindən xüsusiləşmiş məlumat dəsti olaraq, digər dövlət qurumlarının istifadəsi üçün açıqdır:

"Eyni zamanda məlumatların əlçatanlığının təmin edilməsi, ölkənin açıq məlumatlarla bağlı inkişaf strategiyasını nəzərə almaqla bu məlumatlardan istifadə edilərək xüsusi açıq məlumat dəsti hazırlanmış və rəsmi opendata.az portalında yerləşdirilib.
Hazırda ötən 100 ili əhatə edən hidrometeoroloji məlumatların vahid verilənlər bazasına keçirilməsi və texniki standart baxımından eyniləşdirilməsi istiqamətində işlər aparılır. Bundan əlavə, Milli Hidrometeorologiya Xidməti tərəfindən təhlükəli hava şəraitinin vaxtında müəyyənləşdirilməsi, identifikasiyası və onların dəqiq proqnozlaşdırılması üçün 3 ədəd dopler radar sistemləri quraşdırılıb. Meteoroloji radiolokatorlar təhlükəli hadisələrlə müşaiyət olunan konvektiv buludluq haqqında etibarlı diaqnostik məlumatlar əldə etməyə imkan verir. Bu məlumatlar  leysan, dolu və ildırımla əlaqədar bulud və bulud sistemlərinin hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, 1-3 saatlıq hava proqnozlarının hazırlanması üçün ən son texnoloji üsullardan istifadə edir və milyon sətir məlumatın generasiya və təhlil olunması kimi funksional imkanlara malikdir. 

Növbəti mərhələ üçün bu böyük həcmli məlumatların da açıq məlumat dəsti olaraq opendata.az portalında dərc olunması planlaşdırılır. Həmçinin bu məlumatlardan daha dəqiq hidrometeoroloji proqnozların verilməsi, eləcə də növbəti mərhələdə ölkəmizin sahib olduğu super kompüterlər ilə emal olunması istiqamətində hazırlıq işləri görülür. Eləcə də, kənd təsərrüfatı üçün lazım olan atmosfer çirklənmələri və təbii mühitin radiasiya fonu üzrə məlumatların da növbəti ildən məlumat dəstləri olaraq hazırlanıb təqdim edilməsi nəzərdə tutulub".

Anar Kəlbiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Dekabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri