Icma.az
close
up
RU
Təhlükəli hesab edilən qida məhsulları necə YOXLANILACAQ? AQTAdan AÇIQLAMA

Təhlükəli hesab edilən qida məhsulları necə YOXLANILACAQ? AQTAdan AÇIQLAMA

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi təhlükəli qida məhsullarını istehsal edənlər, satışını həyata keçirənlər və ya satış məqsədilə saxlayanlar 10 ilədək müddətə azadlıqdan məhrum ediləcək.
Maraqlıdır ki, burada təhlükəli qida dedikdə tam olaraq nə nəzərdə tutulur?
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi İlkin Kərimov Bizim.Media-ya açıqlamasında bildirib ki,  AQTA əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması məqsədilə qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir:
 

MÖVZU İLƏ BAĞLI:
Həkimin reseptə qida əlavəsi yazmasına görə CƏRİMƏLƏR artdı – Bəs, buna necə nəzarət OLUNACAQ?


Qurum rəsmisinin sözlərinə görə ölkədə istehsal və idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.
“Qida məhsullarından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Yalnız müayinə nəticələri uyğun çıxan qida məhsullarının satışına icazə verilir”.
Açıqlamada "Qida təhlükəsizliyi haqqında" qanunun 10-cu maddəsinə əsasən təhlükəli qidalar açıqlanıb:
"”Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən (Maddə 10) aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir:
-qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli dövrdə zərərli olduğuna dair sübutlar olduqda;
-qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda;

-qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda..."
Bəs istehlakçılar təhlükəli qida gördükdə bu barədə AQTA-ya necə bildirə bilərlər?
"AQTA tərəfindən qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestri aparılıb. Agentliyin www.afsa.gov.az rəsmi saytından reyestrlə tanış olmaq mümkündür"- deyə agentlikdən bildirilib.
Qurum rəsmisi onu da qeyd edib ki, yalnız laborator analiz sınaqları nəticəsində qida məhsullarının təhlükəli hesab edilməsi barədə qərar qəbul olunur. Həmin qərara əsasən Agentlik tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
Nəzrin Mirzəyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Dekabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri