Icma.az
close
up
RU
Təhlükəli plan: Bu dəhlizdən müharibə başlaya bilər

Təhlükəli plan: Bu dəhlizdən müharibə başlaya bilər

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Suriyanın cənubunda son günlərdə ərəb tayfaları ilə Süveyda bölgəsindəki druzilər arasında baş verən qarşıdurmalar müvəqqəti olaraq dayandırılsa da, bölgədəki gərginlik davam edir.

Yenisabah.az xəbər verir ki, PYD/YPG terror təşkilatının nəzarətində olan "Şimali və Şərqi Suriya Muxtar İdarəsi"nin xarici əlaqələr üzrə həmsədri İlham Əhmədin Süveyda bölgəsinə “insani yardım dəhlizi” yaradılması çağırışı ciddi narahatlıqlara səbəb olub. Mütəxəssislər bildirirlər ki, bu çağırış arxasında sadəcə humanitar məqsədlər deyil, daha böyük geosiyasi planlar – xüsusilə İsrailin dəstəklədiyi “Davud dəhlizi” layihəsi dayanır.

Təhlükəsizlik üzrə ekspert Ünal Atabay hesab edir ki, bu dəhliz druzilərlə YPG arasında birbaşa quru bağlantısı yaradacaq və bu əlaqə gələcəkdə beynəlxalq koalisiyanın dəstəyi ilə möhkəmləndirilə bilər. “İlk baxışdan insani məqsədlə açılan bu dəhliz əslində siyasi və hərbi baxımdan uzunmüddətli hədəflər üçün infrastruktur ola bilər”, – deyə o bildirib. Dördpendirli pizza

Atabay onu da vurğulayıb ki, bu dəhliz İŞİD-lə mübarizə bəhanəsi altında legitimləşdirilə bilər və ABŞ bu bölgədə daha dayanıqlı planlar həyata keçirmək niyyətində ola bilər.

Mütəxəssis əlavə edib ki, bölgədəki tayfalar pulla asanlıqla yönləndirilə bilər və sosial struktur bu layihəni dayandırmaq üçün yetərli gücə malik deyil.

Digər tərəfdən, ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Tomas Barakın və SDQ (Suriya Demokratik Qüvvələri) lideri Mazlum Əbdinin açıqlamaları da diqqət çəkib. Atabay bildirib ki, Barak hazırda rəsmi mövqedə olmasa da, Ankaranın maraqlarına yaxın fikirlər səsləndirir.

İsrailin Süveyda bölgəsinə səhiyyə avadanlıqları göndərməyə hazırlaşdığı bildirilir. Bu yardımların İsrail təhlükəsizlik qüvvələrinin və ordusunun logistik dəstəyi ilə həyata keçirilməsi planlaşdırılır.

Ekspertlər bu koridorun yalnız humanitar məqsədlərlə izah edilməsinin mümkün olmadığını düşünür. Əgər plan reallaşarsa, bölgədə yeni qarşıdurmaların yaranması ehtimalı yüksəkdir və bu, təkcə Suriyanı deyil, bütün bölgəni əhatə edə biləcək gərginliklərə yol aça bilər.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 İyul 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri