Icma.az
close
up
RU
Təhlükəsizlik boşluğundakı Avropanın dayaqları kimi Türkiyə və Britaniya ön plana çıxır ANALİTİK

Təhlükəsizlik boşluğundakı Avropanın dayaqları kimi Türkiyə və Britaniya ön plana çıxır ANALİTİK

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Aİ Böyük Britaniyanın çətiri altında, Trampa qarşı vahid mövqe sərgiləmək üçün Ukrayna faktorundan öz maraqları naminə istifadə edir


London sammitində liderlər Ukraynanın güclü mövqe tutması üçün yaxşı və səmimi müzakirə aparıb.

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

O qeyd edib ki, Ukraynanın iqtisadi və hərbi mövqelərini dəstəkləyən hərtərəfli təhlükəsizlik zəmanətləri lazımdır.

AK rəhbəri hesab edir ki, Avropanın yenidən silahlanmasına təcili ehtiyac var və Avropa Komissiyası martın 6-da Avropa Şurasına bu məsələ ilə bağlı plan təklif edəcək:

"Çünki biz həqiqətən ciddi addımlar atmalıyıq. İndi uzun müddət ərzində müdafiəyə investisiyaların artırılması çox vacibdir. Bu, AB-nin təhlükəsizliyi üçün lazımdır və biz yaşadığımız geostrateji mühitdə ən pis vəziyyətə hazırlaşmalıyıq, buna görə də müdafiəmizi gücləndirməliyik".


Politoloq Aqşin Kərimov "Sherg.az"a bildirib ki, Böyük Britaniya Rusiya-Ukrayna müharibəsində əsas yönləndirici qüvvələrdən biri olmaqla yanaşı, strateji baxımdan öz konsepsiyasını müəyyən edən mühüm aktordur:


"Britaniya əvvəldən ABŞ və Ukrayna arasında imzalanması planlaşdırılan mineral resurslarla bağlı razılaşmaya qarşı çıxırdı. Bu razılaşmanın pozulması üçün Londonun göstərdiyi səylərin bir hissəsi Ağ Evdə Volodimir Zelenskinin Donald Trampla görüşü zamanı da müşahidə olundu. Ehtimal ki, Böyük Britaniya həmin sazişlə əlaqədar istədiyi payı almaq barədə Donald Trampın üzərinə öhdəlik qoya bilməmişdi. 

Yəni Ukrayna Prezidenti, ABŞ-ın təzyiqlərinə cavab olaraq, Böyük Britaniyadan aldığı təlimat və göstərişləri icra etmiş ola bilər. Vacib görüntü isə budur ki, Zelenski ölkəsinin ərazi bütövlüyü və suverenliyinin qorunması məsələsində Ağ Evdə siyasi iradə nümayiş etdirdi. Lakin Zelenskinin Londondakı sammit fonunda ABŞ ilə saziş imzalamağa hazır olduğunu deməsi ciddi bir məsələdən xəbər verir: Saziş üzrə sərvətlərin bölgüsü prinsipində Böyük Britaniya da iştirak etmək üçün ABŞ-ni razı salacaq. 

Digər tərəfdən, ABŞ Avropada təhlükəsizlik siyasətini Transatlantik normaları hədəfə alaraq formalaşdırır. Bu vəziyyətdə təhlükəsizlik boşluğuna düşən Avropanın əsas dayaqları kimi Türkiyə və Böyük Britaniya ön plana çıxır. Burada diqqətçəkən məqam odur ki, Türkiyə ilə Britaniya bir-birlərinin xarici siyasət prioritetlərini dəstəkləyir. Lakin Fransa Türkiyənin həlledici iştirakına qarşı olaraq bu məsələlərdə Ankara ilə ciddi fikir ayrılıqlarını dərinləşdirə bilər. 

Belə bir şəraitdə Fransa, Türkiyənin Ukrayna müharibəsinin tənzimlənməsindəki roluna qarşı siyasi maneələr  yaratmaqda maraqlı tərəf kimi çıxış edə bilər".


Politoloqun sözlərinə görə, London sammiti əslində, Trampla Zelenskinin ABŞ-də keçirdiyi görüşə reaksiya idi:

"Avropa İttifaqı Böyük Britaniyanın çətiri altında, Trampa qarşı vahid mövqe sərgiləmək üçün Ukrayna faktorundan sadəcə olaraq öz maraqları naminə istifadə edir.

Halbuki ABŞ-ın dəstəyi olmadan Ukraynanın Rusiyaya qarşı hər hansı bir qələbə əldə etməsi olduqca çətin görünür. Böyük Britaniya isə Ukraynanın maraqlarını istismar edən əsas güclərdən biri kimi çıxış edir. Başqa sözlə, təkcə ABŞ deyil, həm də Britaniya Ukraynanı geosiyasi alət kimi istifadə edən aparıcı dövlətlərdəndir. 

London sammitinin nəticəsi olaraq belə qərara alınıb ki, Böyük Britaniya və Fransanın Ukrayna ilə Rusiya ilə “mübarizəni dayandırmaq planı” üzərində işləyəcək və sonra bu planı ABŞ-la müzakirə edəcək. Bunun özü də ABŞ-siz Avropanın təhlükəsizlik siyasətinin həssaslığını sübut edir və Böyük Britaniya Ağ Evlə məsləhətlərə ehtiyac duyur. Bu baxımdan, Ukraynanın ən çox ümid bəslədiyi tərəflərdən biri Türkiyədir. Üstəlik, “Türkiyə, Avrasiya siyasətindəki prioritetlərini Böyük Britaniyanın maraqları ilə uyğunlaşdırır” desək, yanılmarıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri