Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Təhlükəsizlik orqanlarını hədəf alan Emil Süleymanov kimdir? Köhnə casusun yeni “tapşırığı”

Təhlükəsizlik orqanlarını hədəf alan Emil Süleymanov kimdir? Köhnə casusun yeni “tapşırığı”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Son günlər yutub platformasında Azərbaycanın təhlükəsizlik orqanları və onların fəaliyyəti ilə bağlı davamlı olaraq neqativ məzmunlu müzakirələr aparılır. Bu müzakirələrin təşkilatçısı isə  Azərbaycanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri, hazırda Belçikada “siyasi mühacir” həyatı yaşayan Arif Məmmədovdur.

“Qafqazinfo” xəbər verir ki, Arif Məmmədov və ya Arif Şahmarlı adı tanınan “keçmiş diplomat” öz yutub kanalında müntəzəm olaraq videokontent paylaşır və canlı yayımlar açır. Bu canlı yayımların əvəzolunmaz qonaqları isə Arif Məmmədovun yaxın silahdaşları olan Tofiq Əliyev və Emil Süleymanov adlı şəxslərdir. 

Adıçəkilən hər iki şəxs müzakirələrdə Arif Məmmədovdan daha çox canfəşanlıq nümayiş etdirir, Azərbaycan Respublikası, ölkəmizin xüsusi xidmət orqanlarının fəaliyyət metodları, iş prinsipləri, əməkdaşların savad və təhsil səviyyələri barədə olduqca mənfi fikirlər səsləndirirlər. Bu cür radikal və əsassız çıxışlar haqlı olaraq bu şəxslərin kimliyi, onların həqiqi məqsədləri barədə suallar yaradır. 

Arif Məmmədovun təxribatçı şəbəkəsi

Hər iki şəxs haqqında apardığımız araşdırma onların fəaliyyəti və bu fəaliyyətin arxasındakı həqiqi səbəbləri ortaya çıxarır. Aydın olur ki, Arif Məmmədovun canlı efirlərinin daimi qonaqları olan bu şəxslər - Tofiq Ağarza oğlu Əliyev və Emil Əhməd oğlu Süleymanov təhlükəsizlik orqanlarının sabiq əməkdaşlarıdır. Yeri gəlmişkən, bir vaxtlar SSRİ hərbi kəşfiyyatının şinelindən çıxmış Arif Məmmədovun ətrafına özü ilə oxşar keçmişə və xarakterə sahib şəxsləri topladığı bəlli olur. 

Fotoda: Arif Məmmədov

76 yaşlı Tofiq Əliyev hazırda ABŞ-nin Kaliforniya ştatında yaşayır. O, 1974-1992-ci illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb, 32 il əvvəl isə xəstəliyi ilə əlaqədar istefaya buraxılıb.

61 yaşlı Emil Süleymanov isə hazırda həmkarından fərqli qütbdə, Rusiyada yaşayır. O, gəncliyindən etibarən təhlükəsizlik orqanlarına aid müxtəlif strukturlarda çalışıb və polkovnik rütbəsinə qədər yüksəlib. Emil Süleymanov işdən çıxarıldıqdan sonra fəaliyyətini biznes sahəsində davam etdirmək istəsə də, daha sonra naməlum səbəbdən qərarını dəyişib və ölkədə qalmağa qərar verib. Qısa müddət sonra o, öz fəaliyyətini Heydər Əliyev adına beynəlxalq hava limanında Aviasiya Təhlükəsizliyi İdarəsində davam etdirib. Burada rəis vəzifəsində çalışan Emil Süleymanov, 2008-ci ildə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. 

Onun ittiham olunduğu maddələr Emil Süleymanovun kimliyini və hansı əməllərin icraçısı olduğunu başa düşmək üçün yetərlidir. Ağır Cinayətlər Məhkəməsinin 13.06.2008-ci il tarixli hökmü ilə Emil Süleymanov Məcəllənin 274 (Dövlətə xəyanət), 308.1 (Büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə), 302.2 (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 155 (Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma), 228.1 və 228.4-cü (Qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, polkovnik hərbi rütbəsindən də məhrum edilib.

Emil Süleymanovun “casusluq” karyerası – İstintaq materialları nə deyir?

Sözügedən cinayət işinin istintaq materialları isə Emil Süleymanov haqqında daha dərin mətləblərdən xəbər verir. Məlum olur ki, Emil Süleymanov 1992-ci ilin dekabrında Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməliyyat müvəkkili vəzifəsindən Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəyə baş əməliyyat müvəkkili vəzifəsinə keçirilib. O, daha sonra bu idarədə şöbə rəisi vəzifəsinə qədər yüksəlib. Həmin vaxt əvvəlki rəisi, yəni Rusiya Federal Təhlükəsizlik Xidmətinin Severmorsk şəhərində fəaliyyət göstərən 7-ci operativ eskadrası üzrə xüsusi şöbənin rəisi polkovnik Yuriy Sukalenko Emil Süleymanova Azərbaycanda işlədiyi müddətdə Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əlaqələrinin kəsilməməsini, lazım olanda onların maraqlarına xidmət göstərməsini təklif edib. Emil Süleymanov da bu təklifi qəbul edib. 

Bundan sonra, yəni 1993-2007-ci illərdə Emil Süleymanovun casusluq formasında xarici dövlətin nümayəndələrinin tapşırıqları əsasında mütəmadi olaraq Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə kəşfiyyat xarakterli məlumatları toplayaraq Rusiyanın xüsusi xidmət orqanlarına ötürdüyü məlum olub. Dövlətə xəyanətə görə 15 il cəza çəkən Emil Süleymanov hazırda Azərbaycana qarşı fəaliyyətlərin mərkəzində yer alan şəxslərdən biridir. 

Azərbaycana qarşı uğursuz “diplomat” təxribatı

Bir neçə gün öncə Gürcüstan Xarici İşlər Nazirliyinin müxtəlif ölkələrdə fəaliyyət göstərən 92 diplomatı birgə bəyanat imzalayıb. Diplomatlar açıq şəkildə dövlət qərarlarına və vahid siyasi xəttə qarşı çıxdıqlarını bəyan ediblər. Lakin hadisələrin gedişi bu bəyanatın qonşu Gürcüstanda siyasi sabitliyi və legitim sistemi hədəf alan, həmçinin xarici qüvvələrin maraqlarına xidmət edən təxribat olduğunu göstərib.

Təsadüfi deyil ki, bir müddət əvvəl Azərbaycanda da oxşar təxribat cəhdlərinin qarşısı alınıb. Arif Məmmədov kimi “keçmiş diplomat” olan Emin İbrahimov və Ramiz Vəliyev (kod adı “Cavanşir”) dövlət əleyhinə təxribatçı fəaliyyətləri səbəbi ilə həbs edilib. İstintaq metariallarında Emin İbrahimovun FETÖ və PKK ilə sıx əlaqələrə malik olduğu, Ramiz Vəliyevin isə xaricdəki “söyüş müxalifəti”nin maliyyələşməsində yaxından iştirak etdiyi məlum olub. Hətta “keçmiş diplomat”ların öz təxribatçı məqsədlərini koordinasiya etmək üçün xüsusi internet səhifə və məxfi mesajlaşma platformalarından istifadə etdikləri də müəyyən edilib. 

“Keçmiş diplomatlar”la bağlı hadisələrin təhlili Arif Məmmədovun və onun nəzarətindəki casus qrupunun tək olmadığını, onların əslində daha böyük bir təxribat şəbəkəsinin tərkib hissəsi olduqlarını göstərir. Arif Məmmədov, Emin İbrahimov və Ramiz Vəliyevin eyni dövrdə və paralel şəkildə fəallaşmaları, hər 3 şəxsin dövlətin təməl sütunları olan təhlükəsizlik orqanlarını, siyasi elita və siyasi qərarvermə mexanizmlərini hədəf almaları bu planın əsas istiqamətləri olub.

Görülən tədbirlər nəticəsində bu təxribatçı şəbəkənin ölkə içərisindəki qanadı sıradan çıxarılıb. Lakin Arif Məmmədov, Toqif Əliyev və Emil Süleymanovun daxil olduğu digər şəbəkə öz mənfur əməllərini davam etdirir. Bu şəxslərin və onların timsalında digərlərinin əməlləri dövlətimizə və xalqımıza düşmən mövqedə olan, xaricdən maliyyələşən və xarici ölkələrin təsir dairəsində olan şəxslərin çirkin əməllərindən çəkinmədiyini bir daha ortaya qoyur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri