Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

​“TƏHLÜKƏSİZLİKLƏ BAĞLI RİSKLƏR MÖVCUDDUR, ANCAQ...” Vahid Əhmədovdan AÇIQLAMa

​“TƏHLÜKƏSİZLİKLƏ BAĞLI RİSKLƏR MÖVCUDDUR, ANCAQ...” Vahid Əhmədovdan AÇIQLAMa

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

"Azərbaycan 90-cı illərin ölkəsi deyil”

“Nə qədər ki, dünyada neft və qaza ehtiyac var, Azərbaycan bu sahədə mühüm rol oynamağa davam edəcək”

"Mən cənab Prezidentin çıxışına qulaq asmışam. Ümumiyyətlə, bilirik ki, doğrudan da 30 il ərzində Azərbaycanda Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Həm siyasi, həm də iqtisadi baxımdan bu sərginin böyük əhəmiyyəti var".

Bu sözləri “AzPolitika”ya açıqlamasında sabiq millət vəkili, tanınmış iqtisadçı alim Vahid Əhmədov Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və dövlət başçısının buradakı çıxışını şərh edərkən bildirib.

O, qeyd edib ki, bu müddət ərzində ABŞ, Türkiyə, Böyük Britaniya və digər dövlətlərin rəhbərləri və ya yüksək səviyyəli nümayəndələri mütəmadi olaraq bu sərgiyə qatılırlar: "Sərgidə əsas neft-qaz ölkələrinin stendləri qurulur, müasir texnologiyaların tətbiqi ilə bağlı məsələlər müzakirə edilir. Burada şirkətlər arasında yeni əlaqələr yaranır, əməkdaşlıq genişlənir və innovativ texnologiyalar təqdim olunur".

V.Əhmədov Azərbaycanın ötən onilliklərdə böyük inkişaf yolu keçdiyini vurğulayıb: "Əlbəttə, Azərbaycan artıq 1990-cı illərin Azərbaycanı deyil. Bilirik ki, 1992-ci ildə ölkədə kifayət qədər ciddi problemlər var idi. Torpaqlarımızın 20 faizi işğal altında idi, bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi. Ölkə ağır iqtisadi vəziyyətlə üz-üzə qalmışdı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması üçün zəmin yaratdı. Bu müqavilə sayəsində ötən müddət ərzində ölkəyə neft və qaz sektorundan milyardlarla dollar vəsait daxil olub. Həmin vəsaitlərin bir hissəsi sosial sahəyə, bir hissəsi ise investisiya layihələrinə yönəldilib. Bu da həm neft-qaz sənayesinin inkişafına, həm də insanların sosial rifahının yaxşılaşmasına öz müsbət təsirini göstərib".

Saniq millət vəkili Avropanın enerji təhlükəsizliyində Bakının rolunun artdığını diqqətə çatdırıb: "Mən hesab edirəm ki, Azərbaycanda neft-qaz sənayesinin inkişafı, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi, Azərbaycan qazının Avropa ölkələrinə ixracı mühüm əhəmiyyət daşıyır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan qazına tələbat daha da artıb. Hazırda da qaz ehtiyacları ilə bağlı proqnozlar kifayət qədər yüksəkdir. Hesab edirəm ki, Azərbaycan gələcəkdə də qaz ixracını artıracaq. Ümumilikdə, bu sərginin keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin sərgidəki çıxışı da Azərbaycanın keçdiyi inkişaf yolunu bir daha nümayiş etdirir".

Mövcud problemlərə və regional risklərə də toxunan V. Əhmədov bildirib:"Düzdür, problemlər hər zaman olur. Nə qədər inkişaf əldə edilsə də, həllini gözləyən məsələlər qalır. Təhlükəsizliklə bağlı risklər də mövcuddur. Vaxtilə Azərbaycanın neft və qaz kəmərlərinə qarşı müxtəlif təxribat cəhdləri olub. Azərbaycanın müstəqilliyini və inkişafını istəməyən qüvvələr də mövcuddur. Buna baxmayaraq, Azərbaycan qonşu dövlətlərlə münasibətləri inkişaf etdirməyə və əməkdaşlığı genişləndirməyə çalışır".

Vahid Əhmədov Azərbaycanın cari iqtisadi dayanıqlığını rəqəmlərlə ifadə edib:"Bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf edir. Ölkənin dövlət borcu ÜDM-in təxminən 6 faizi səviyyəsindədir ki, bu da kifayət qədər aşağı göstəricidir. Valyuta ehtiyatlarımız isə 80 milyard dolları ötüb. Bütün bunlar ölkədə iqtisadi sabitliyin və inkişafın göstəriciləridir. 2025-ci ildə iqtisadi artım tempində müəyyən zəifləmələr müşahidə olunsa da, bu, əsasən dünyada baş verən geosiyasi proseslər, Rusiya-Ukrayna müharibəsi, qlobal iqtisadi durğunluq, inflyasiyanın yüksəlməsi və digər amillərlə bağlıdır".

Sərginin qlobal nüfuzunu və ölkəmizin alternativ enerji strategiyasını xatırladan V.Əhmədov fikirlərini bu sözlərlə yekunlaşdırıb: "Azərbaycanda hər il Neft və Qaz Sərgisinin keçirilməsi yenə də bizim üçün böyük əhəmiyyət daşıyır. Burada iştirak edən şirkətlərin əksəriyyəti dünya miqyasında tanınmış neft-qaz şirkətləridir. ABŞ, Türkiyə və digər ölkələrdən yüksək səviyyəli nümayəndələrin tədbirdə iştirakı da sərginin nüfuzunu göstərir.

Nə qədər ki, dünyada neft və qaza ehtiyac var, Azərbaycan bu sahədə mühüm rol oynamağa davam edəcək. Bəli, hazırda alternativ enerji mənbələrinin inkişafı sürətlənir. Külək və günəş enerjisindən istifadə genişlənir. Azərbaycan da bu istiqamətdə ciddi addımlar atır. Xızıda, Yaşmada və digər bölgələrdə bərpa olunan enerji layihələri həyata keçirilir. Xarici şirkətlərlə mühüm müqavilələr imzalanıb və onların bir hissəsi artıq icra mərhələsindədir.

Prezidentin də qeyd etdiyi kimi, gələcəkdə külək və günəş enerjisinin payının artırılması istiqamətində işlər davam etdiriləcək. Bununla yanaşı, neft və qaz ixracından əldə olunan gəlirlər ölkənin sosial rifahının yüksəlməsinə və iqtisadi inkişafına xidmət edəcək. Bir daha qeyd edirəm ki, bu sərginin keçirilməsi həm iqtisadi, həm siyasi, həm də Azərbaycanın dünyada etibarlı enerji tərəfdaşı kimi tanınması baxımından böyük əhəmiyyət kəsb edir. Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı da bunu bir daha təsdiqləyir".

Rasim Əliyev

AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 İyun 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri