Tehran ABŞ bazalarının Fars körfəzindən çıxarılmasını və təzminat tələb edir
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, İran hökumətinin sözçüsü və keçmiş İİKK komandiri Möhsün Rezai Tehranın müharibəyə son qoyması üçün iki şərt irəli sürdüyünü bildirib.
"Müharibənin sonu bizim əlimizdədir. Müharibəyə yalnız birincisi, ABŞ-dan bütün itkilərimiz üçün tam təzminat aldıqda və ikincisi, gələcək üçün 100% zəmanət aldıqda son qoymağı düşünəcəyik ki, bu da ABŞ-ın Fars körfəzindən çıxması həyata keçirilmədən mümkün deyil", - deyə Rezai bildirib.
Hörmüz boğazına gəldikdə isə, Rezai əlavə edib ki, İran onu bağlı saxlamaq və hər hansı bir Amerika gəmisinin körfəzə girməsinin qarşısını almaq niyyətindədir. O, həmçinin bildirib ki, "indilik İran müharibənin qalibidir və ABŞ-ın hegemonluğunu qırıb".
"İran müharibədən sonra əvvəlki kimi olmayacaq və onun regiondakı nüfuzu daha da güclənəcək", - deyə Rezai qeyd edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 14 Mart 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















