“Tehran ABŞ la yalnız bərabər əsaslarla danışıqlara razılıq verəcək” Pezeşkian
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian ABŞ Administrasiyasının danışıqlara çağırışları ilə İrana qarşı təhdidlərini ziddiyyət kimi qiymətləndirib və bunu tənqid edib.
APA “Tasnim”ə istinadən xəbər verir ki, o, Tehranın yalnız bərabərhüquqlu danışıqlara razılıq verəcəyini bildirib.
İranın xarici siyasətində digər dövlətlərlə münasibətlərin vacibliyini vurğulayan Pezeşkian amerikalı həmkarı Donald Trampın İranla danışıqlarla bağlı çağırışına cavab olaraq, ölkəsinin bərabər şərtlər əsasında dialoqun tərəfdarı olduğunu diqqətə çatdırıb.
O, ABŞ-ın İranı təhdid etmək, eyni zamanda danışıqlara çağırmaq kimi ziddiyyətli siyasətini rədd etdiyini söyləyib.
"Bu gün ABŞ təkcə İrana qarşı deyil, bütün dünyaya qarşı bu cür alçaldıcı davranır. Bu isə danışıqların ruhuna ziddir", - deyə İran Prezidenti əlavə edib.
Qeyd edək ki, Tramp bir müddət əvvəl danışıqlara başlamaq üçün İrana məktub ünvanlayıb.
Pezeşkian buna cavabında ABŞ-la birbaşa danışıqları istisna etsə də, Tehranın dolayı danışıqları məqsədəuyğun variant kimi nəzərdən keçirdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 05 Aprel 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















