Icma.az
close
up
RU
Tehran Bakının dostunu seçdi, Pezeşkian hərəkətə keçdi İki region üçün yeni plan

Tehran Bakının dostunu seçdi, Pezeşkian hərəkətə keçdi İki region üçün yeni plan

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian 2–3 avqust tarixlərində Pakistana səfər edib. Bu səfər beynəlxalq arenada Tehranın yeni siyasi balans axtarışlarının işarəsi kimi qiymətləndirilir.

İran haszırda həm Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır, həm də Qərblə sərt ritorikadan uzaq durmağa üstünlük verir. Eyni zamanda, Yaxın Şərqin nüvə dövləti olan Pakistanla əlaqələri gücləndirməyə yönəlmiş addımlar atır.

Globalinfo.az-a danışan Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Məsud Pezeşkianın Pakistana rəsmi səfəri regionda iki nüvə dövləti arasında münasibətlərin yeni mərhələsinə işarə edir:

“Lakin Tehranla İslamabad arasındakı münasibətlər sadə deyil. Hazırda hər iki ölkə iqtisadi və ticarət sahəsində əməkdaşlıqda maraqlıdırlar. Elə bu, İran prezidentinin səfər proqramından da aydın hiss olunur.

Pezeşkianın səfəri çərçivəsində Pakistanla 12 əməkdaşlıq sənədi imzalanıb, bunlar arasında ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, mədəniyyət, hüquq və elm sahələri var. Hazırkı ticarət dövriyəsi təqribən 3 milyard dollar həcmindədir və tərəflər bu rəqəmin 10 milyarda çatdırılmasını nəzərdə tutublar.

Tehran bu ölkəni Çin–Pakistan İqtisadi Kəməri və İran vasitəsilə Avropaya birləşən nəqliyyat dəhlizində strateji həlqə kimi görür. Bu da hər iki ölkə arasında iqtisadi münasibətlər baxımından olduqca ciddi məqamdır.

Eyni zamanda, İranla Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə də əməkdaşlıq nəzərdə tutulub. Hər iki ölkə İranın Sistan və Bəlucistan, Pakistanın Balocistan bölgələrindəki silahlı qruplara qarşı birgə tədbirlər planlayır”.


Vüqar Zifəroğlu

V.Zifəroğlunun sözlərinə görə, İranın rəhbərləri ilə Pakistan hərbi idarəçiliyi arasında birgə hərbi avadanlıq istehsalı və kəşfiyyat əməkdaşlığının dərinləşdirilməsi də müzakirə mərhələsindədir:

Həmçinin oxuyun:

Rusiya Azərbaycana qarşı yeni taktika seçir: Üç təhlükəli plan gündəmdə

“Pezeşkianın, “İranla Pakistan yaxın strateji tərəfdaşlardır” ifadəsi təhlükəsizlik sahəsindəki potensialın artacağına işarədir.

Rəsmi Tehran son baş verən proseslər (proksi qüvvələrin faktiki olaraq zəiflədilməsi istiqamətində İsrailin əməliyyatları, Suriyada Əsəd rejiminin süqutu, 12 günlük İran-İsrail müharibəsi) fonunda regional diplomatik balans axtarışındadır. İran son vaxtlar Qərblə sərt ritorikadan çəkinərək, faktiki olaraq Pakistanla münasibətləri normallaşdırmaqla mədəni və regional balans qurmağa çalışır.

Pakistandan İranın nüvə proqramına dəstək və İsrailə qarşı vahid dayanışma ifadələri səslənib. Lakin keçmişdəki qarşılıqlı hava zərbələri, məsələn, 2024 cü ilin yanvar ayında İranın Pakistan ərazisinə hücumu və İslamabadın cavab tədbirləri hələ də iki ölkə arasında inam problemləri yaradır.

2024 və 2025-ci illərdə Pakistan və İran vətəndaşlarının sərhəddə silahlı hücuma məruz qalması, diplomatların mübadiləsi kimi diplomatik gərginliklər davam edir.

ABŞ-ın iqtisadi və təhlükəsizlik nəzarəti isə İran Pakistan layihələrinə, xüsusilə qaz kəmərinə təsir göstərə bilər”.

Ekspert bildirib ki, Pezeşkianın səfərinin diplomatiya və əməkdaşlıq üçün yeni fürsətlər və imkanlar baxımından dəyərləndirilməsi mümkündür:

“Pakistan və İran strateji tərəfdaşlığa doğru ciddi addımlar atır — ticarət, enerji, təhlükəsizlik və diplomatik istiqamətlərdə. Lakin etibar yaratmaq üçün əvvəlki gərginlikləri aradan qaldırmaq, sərhəd təhlükəsizliyi, separatizm və iqtisadi sanksiyalara qarşı davamlı mexanizmlər qurmaq vacibdir. Qərbin sanksiyaları qaz kəməri və maliyyə baxımından hələ də əngəl olaraq qalır, ciddi risklər yaradır.

Ümumiyyətlə, bu iki ölkə arasında uzunmüddətli sabitlik üçün siyasi iradə, təhlükəsizlik koordinasiyası və etibar mexanizmləri vacibdir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Avqust 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri