Tehran böyük vida gününə hazırlaşır Qalibafdan xalq ÇAĞIRIŞI
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranda “tarixi vidalaşma” ərəfəsində kütləvi dəfn mərasimlərinə hazırlıq görülür.
Redaktor.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkə vətəndaşlarını yaxın günlərdə Tehran və digər şəhərlərdə keçiriləcək dəfn mərasimlərində fəal iştirak etməyə çağırıb.
Qalibaf bildirib ki, İran “tarixi günlərdən birini yaşamağa hazırlaşır” və vəfat edən lideri İslamın, İranın müstəqilliyinin və inqilabi idealların müdafiəsinə ömrünü həsr etmiş böyük şəxsiyyət kimi qiymətləndirib.
Parlament sədrinin sözlərinə görə, bu mərasim təkcə vida deyil, həm də xalqın “şəhidlərin yolu” və İslam İnqilabının dəyərləri ilə bağlı öhdəliyini yeniləməsi kimi xarakter daşıyır. O qeyd edib ki, milyonlarla insanın iştirakı gözlənilir və bu, İran xalqının birliyini nümayiş etdirəcək.
Məlumata görə, Qalibaf gəncləri, şəhid ailələrini və bütün vətəndaşları bu mərasimlərdə iştirak etməyə çağırıb və İranın “zülm və təzyiqlərə qarşı mübarizəsini davam etdirəcəyini” vurğulayıb.
Qeyd edək ki, iyulun 4-də keçiriləcək vida mərasimində 40-a yaxın ölkədən yüksək səviyyəli nümayəndələrin iştirakı gözlənilir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 02 İyul 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















