Icma.az
close
up
RU
Tehran geri addım atdı: “Silahı yerə qoyacağına inanmaq olmaz”

Tehran geri addım atdı: “Silahı yerə qoyacağına inanmaq olmaz”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Əgər İran indi hədəf olmaqdan yayınsa, itmiş gücünü bərpa edib daha güclü qayıda bilər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəfail Becanov deyib.

O, İranın Yəmənin ardınca İraqda da geri addım atmasının səbəblərindən danışarkən deyib ki, Tehran bunu özünü qorumaq və müharibədən qaçmaq naminə edib.

“İran proksi qüvvələrinin hesabına regionda təsiretmə güclərindən birinə çevrilmişdi. İstənilən zaman nəinki region dövlətlərini, hətta bütün dünyanı təhdid edərək öz maraqlarını təmin edirdi. İsrailin HƏMAS və “Hizbullah”a qarşı əməliyyatları ilə yeni reallıq yaranıb. Artıq İrana bağlı ən güclü iki hərbi terror qruplaşması sıradan çıxarılıb. Bununla da İran regiona nüfuzunu itirib”.

R. Becanovun fikrincə, Suriyada baş verən dəyişikliklər, Əsəd rejiminin süqutu, habelə HƏMAS və “Hizbullah”ın ideoloji və hərbi baxımdan dağıdılması İran üçün ciddi itkidir:

“Ona görə də İran mövcud reallıqları dəyərləndirir və özünü qorumağı daha məqbul hesab edir. Trampın hakimiyyətə qayıtması və İrana qarşı ötən prezidentlik dönəmindən daha sərt yanaşması bu reallığın yeni bir mərhələyə çevrilə biləcəyini istisna etmir. Mümkündür ki, İranın ona qarşı hansı variantların müzakirə olunduğundan da məlumatlı olsun. Trampın məktubu İrana açıq xəbərdarlıqdır. Təbii ki, variantların sırasında hərbi müdaxilə də var və İran rejimi özünə bağlı digər proksi qüvvələrdən imtina görüntüsü yaratmaqla müharibədən yayınmağa çalışır. Lakin İran rejiminin bu addımları taktiki gedişlərdir. Əslində, Tehran gizli şəkildə yenə də həmin qüvvələrin əsas təminatçısı olaraq qalır”.

Analitik hesab edir ki, ona görə də İranın bu bəyanatlarına, açıqlamalarına, o cümlədən ona bağlı qüvvələrin silahı yerə qoyacağına inanmaq olmaz:

“Bütün bunların sadəcə mövcudluqlarını qorumaq və gələcək addımlara hesablanmış gedişlər olduğu qənaətindəyəm. İran bununla özünü qoruyur, eyni zamanda da proksi qüvvələrinə taym-aut verir. Əgər İran indi hədəf olmaqdan yayınsa, itmiş gücünü bərpa edib daha güclü qayıda bilər. Düşünürəm ki, İrana güzəşt etmək olmaz və real addımlardan biri yumşaq güc hesabına rejimi dəyişməkdir. Bunun üçün imkanlar da var. Rejim əvvəlki gücdə deyil, azadlıq hərəkatları, sosial hüquqlar uğrunda mübarizə üçün kritik imkanlar yaranıb. Bütün bunlar deməyə əsas verir ki, əvvəlcə rejimi dəyişmək, sonra isə çoxluqların müqəddəratını təyinetmə hüququ əsasında İranın yenidən qurulması zamanı çatıb”.

"Cebheinfo.az" 

Açar sözlər: Teharan silah Rəfail Becanov İran

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri