Tehran İsrailin gələcək təcavüzünə dağıdıcı cavab verməyə hazırdır
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İran Silahlı Qüvvələri İsrailin gələcək təcavüzünə daha güclü və dağıdıcı cavab verməyə hazırdır”.
Missiya.Az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Əbülfəzl Şəkərçi “Defapress”ə müsahibəsində deyib.
O bildirib ki, işğal rejiminin hər hansı mümkün hücumuna cavabımız daha güclü, sərt, təsirli olacaq və dərin təəssüf hissi doğuracaq nəticələrə səbəb olacaq.
"12 günlük müharibədə qalib gəldik və sionist rejimə sarsıdıcı zərbə vurduq. Zərbələrimizlə bu cinayətkar rejimi öz təcavüzünü dayandırmağa məcbur etdik", - deyə Şəkərçi vurğulayıb.
Sözçü İran silahlı qüvvələrinin döyüş hazırlığının yüksək səviyyədə olduğunu əlavə edib.
“Əgər sionist rejim əlavə addım atsa, güclü cavabla üzləşəcək”, - deyə Şəkərçi qeyd edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 İyul 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















