Icma.az
close
up
RU
Tehran Kiyev xəttində təhlükəli GƏRGİNLİK Müharibə yeni MƏRHƏLƏDƏ

Tehran Kiyev xəttində təhlükəli GƏRGİNLİK Müharibə yeni MƏRHƏLƏDƏ

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Uzun illər ağır münaqişə həyatı yaşayan İranla Ukrayna növbəti siyasi gərginliyə qədəm qoyub. Bu dəfə isə iki ölkə üz-üzə gəlib.
Belə ki, Ukrayna ötən həftə Rusiya ərazilərinə raket və PUA zərbələri endirərkən Xəzər dənizində üzən gəmini hədəfə alıb. Nəticədə bir nəfər həyatını itirib, daha bir nəfər isə yaralanıb.
Məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyi bəyanat yayıb. Qeyd olunub ki, gəmi ticarət gəmisidir və İrana məxsusdur. Nazirliyin rəsmi nümayəndəsi İsmail Baqai Ukraynanın İrana məxsus gəmiyə etdiyi və bir neçə İran vətəndaşının ölümü və yaralanması ilə nəticələnən son hücumuna sərt reaksiya verib.
Baqai bildirib ki, özünü bu və ya digər şəkildə Ukrayna rejiminin tərəfdarı və hamisi hesab edən bütün tərəflər, şübhəsiz ki, buna görə məsuliyyət daşımalıdırlar.

"Ukrayna prezidentinin davranışı mahiyyət etibarilə Birinci Dünya müharibəsi ərəfəsində nümayişkaranə və son dərəcə təhlükəli addımlar atan, nəticələri isə bütün Avropaya təsir edən anarxistlərin hərəkətlərini xatırladır", — deyə o qeyd edib.
Xarici işlər naziri Abbas Əraqçi isə hücumun İsrailin göstərişi ilə həyata keçirildiyini iddia edib.
Rusiya və İran Ukrayna tərəfindən vurulan gəminin adi ticarət gəmisi olduğunu bildirsə də, rəsmi Kiyev bu fikri qətiyyətlə inkar edir.
Lakin Ukrayna tam fərqli fikirləşir. Məsələn Ukraynanın Müdafiə Strategiyaları Mərkəzinin eksperti, ehtiyatda olan 1-ci dərəcəli kapitan Andrey Rijenko bildirib ki, Ukrayna Rusiya üçün hərbi yük, o cümlədən “Şahed” dronları daşıyan İran gəmilərini hədəfə alacaq.
Rijenko qeyd edib ki, Xəzər dənizi Rusiya üçün strateji əhəmiyyət daşıyır:

“Burada yerləşən hərbi və neft infrastrukturu Moskvanın müharibə imkanlarını dəstəkləyir və bu obyektlərə endirilən zərbələr Rusiyanın hərbi büdcəsinə ciddi təsir göstərir. Ukrayna artıq İranın Rusiyaya hərbi texnika daşıyan gəmilərinə qarşı əməliyyatlar həyata keçirib”.
Ekspert İranı Rusiyanın əsas hərbi tərəfdaşlarından biri adlandıraraq bildirib ki, Tehran uzun müddətdir Moskvanı dron və texnologiyalarla təmin edir.
Rijenko sonda bildirib ki, Ukrayna İran və Rusiyanın hərbi logistikasını hədəfə almağa davam edəcək:
“Əgər bu dronlar daşınma zamanı məhv edilməsə, onlar bizim şəhərlərimizə uçacaqlar. Buna görə də bu cür əməliyyatlar davam edəcək”.
Di gəl ki, İran Ukrayna və Rusiya arasındakı münaqişəyə müdaxilə etmədiyini qətiyyətlə vurğulayır.

Bununla belə Ukrayna Prezidenti Volodimir Zelenski bu günlərdə İran və Şimali Koreyanın artıq Rusiyanın tərəfində Ukraynaya qarşı hücumlarda iştirak etdiyini deyib.
Bununla belə, o, ölkəsinin yeni cəbhələrin açılmaması üçün əlindən gələni etdiyini bildirib: 
"Biz yeni cəbhənin açılmaması üçün mümkün olan hər şeyi etməliyik. Amma dürüst olmalıyıq: iranlılar və şimali koreyalılar artıq bizə hücum edirlər".
Göründüyü kimi rəsmi Kiyev İranın Rusiya-Ukrayna müharibəsindəki iştirakını təsdiqləyir. Baxmayaraq ki, rəsmi Tehran bunu qətiyyətlə inkar edir.
Əslində nə baş verir?
Rusiya-Ukrayna müharibəsinin başlandığı ilk günlərdən etibarən rəsmi Kiyev dəfələrlə bəyan edib ki, ruslar əsasən İranın “Şahed” dronları ilə hücum edir. Bununla bağlı Ukrayna İran tərəfə də diplomatik kanallarla etirazını və narahatlığını bildirib.
Lakin rəsmi Kiyevin bütün təşəbbüsləri cavabsız qalıb. Bu günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, əgər Yaxın Şərq liderləri Moskvanı atəşkəsə razı sala bilsələr, Kiyev region ölkələrinə İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsində kömək etməyə hazırdır.
"Belə bir təklif edərdim: Yaxın Şərq liderlərinin rusiyalılarla yaxşı münasibətləri var. Onlar Rusiyadan ən azı bir aylıq atəşkəs elan etməyi xahiş edə bilərlər", - deyə Zelenski bildirib.
Təbii ki, Zelenskinin bu bəyanatı rəsmi Tehranı ciddi şəkildə narahat edib. Çünki İran bu gün təkcə İsraillə yox, bir çox müsəlman ölkələri ilə müharibə şəraitindədir.  Ekspertlər hesab edir ki, məhz Zelenskinin bu bəyanatından sonra İran narahatlıq keçirməyə başlayıb və Xəzər dənizində vurulan gəmini bəhanə gətirərək Ukraynanı təhdid etməyə başlayıb.
Bəs İran Ukraynaya qarşı hərbi cəbhə aça bilərmi?
Bu ilk baxışdan mümkün görünmür. Çünki iki ölkə bir-birlərindən kifayət qədər uzaqdır. Nəzəri baxımdan İranın orta mənzilli raketləri Ukraynaya çata bilər. Lakin praktikada bunun qarşısında ciddi maneələr mövcuddur.
Əvvəla İranın raket ehtiyatları İsraillə qarşıdurmadan sonra əhəmiyyətli dərəcədə azalıb.
İkincisi ABŞ və İsrail uzun müddət İranın raket buraxılış qurğularını hədəfə alıb.
Ona görə də Ukraynaya zərbə endirmək üçün raketlər Cənubi Qafqaz və ya Rusiya hava məkanından keçməlidir ki, bu da yeni regional böhran yarada bilər.
Ona görə də İranla Ukrayna arasında müharibə hərbi yox, diplomatik müstəvidə ola bilər və bu müharibə də artıq başlayıb. Mövcud hərbi, siyasi və geosiyasi reallıq fonunda Tehranın Ukraynaya qarşı birbaşa hərbi cavab verməsi hazırkı mərhələdə inandırıcı görünmür.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 İyul 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri