Tehran “qisas” ritorikası”nı gücləndirdi İran İsrailə bu üsullarla CAVAB VERƏCƏK KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
“İsrailin keçmiş təhlükəsizlik rəsmisi Jak Neriyanın “İran-İsrail müharibəsinin ikinci mərhələsi yaxınlaşır” açıqlaması regiondakı gərginliyin daha da dərinləşəcəyinə işarə edir. Burada “ikinci mərhələ” anlayışı bir neçə istiqamətdə izah oluna bilər”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva səsləndirib.
“Birincisi, İsrailin son aylarda İrana qarşı həyata keçirdiyi hədəfli hərbi əməliyyatların cavabsız qalmayacağı ehtimalıdır. Tehran öz növbəsində “qisas” ritorikasını gücləndirərək birbaşa və ya dolayı yollarla cavab verməyə hazırlaşır. Bu, raket hücumları, pilotsuz aparatlarla zərbələr və ya regiondakı müttəfiq qüvvələrin aktivləşdirilməsi formasında özünü göstərir.
İkincisi, “ikinci mərhələ” regional miqyasda toqquşmaların artmasını nəzərdə tutur. Yəni münaqişə yalnız İran və İsrail arasında deyil, Livandakı “Hizbullah”, Yəməndəki husilər, eləcə də İraq və Suriyada İranla bağlı silahlı qrupların iştirakı ilə daha geniş coğrafiyaya yayılır. Bu isə Yaxın Şərqdə yeni qarşıdurma dalğası yaradır.
Üçüncüsü, diplomatik və psixoloji müstəvidə gərginliyin artması da ehtimal olunur. İran daxili ictimai rəyə mesaj vermək üçün sərt mövqeyini nümayiş etdirəcək, İsrail isə öz təhlükəsizlik müttəfiqlərini, ilk növbədə ABŞ-ı daha güclü dəstəyə cəlb etməyə çalışacaq”.
Politoloq əlavə edib ki, nəticə etibarilə, “ikinci mərhələ”nin əsas məzmunu hərbi əməliyyatların intensivləşməsi, münaqişənin region miqyasında genişlənməsi və diplomatik münasibətlərin daha da gərginləşməsidir. Bu isə bütün Yaxın Şərqi yeni risklər qarşısında qoyur.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















