Icma.az
close
up
RU
Tehran sərt mesajı aldı: Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar...

Tehran sərt mesajı aldı: Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar...

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ Dövlət katibi Marko Rubio İranın nüvə silahını inkişaf etdirmə fəaliyyətlərinə qarşı təzyiqin artırılmasını vacib hesab edir. Onun sözlərinə görə, İranın mövcud hərəkətləri sonunda nüvə silahının yaradılmasına yönəlib.

Bu bəyanat ABŞ-nin və beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı ciddi narahatlıqlarını əks etdirir. İran Prezidenti Məsud Pezeşkian isə yanvar ayında “NBC News”-a verdiyi müsahibədə İranın nüvə silahı yaratmaq məqsədi daşımadığını bildirib. 

Bu açıqlama İranın öz mülki nüvə proqramını əsaslandırmaq üçün verdiyi bəyanatlarla uyğun gəlir. Lakin ABŞ və digər Qərb ölkələri İranın atom enerjisi inkişaf etdirmə sahəsindəki gizli məqsədlərindən şübhələnir və bu, Tehranın nüvə silahı istehsal etmə potensialına dair narahatlıqları artırır. 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən israilli politoloq Mixail Finkel bildirib ki, İran artıq illərdir nüvə silahını inkişaf etdirir:

“Bu məqsədlə Şimali Koreyadan mütəxəssisləri cəlb edir və pakistanlı nüvə mütəxəssislərindən də istifadəyə çalışıb.   Lakin xüsusilə Pakistanla yaxın əlaqələri olan və Pakistanın regionda nüvə qoruyucusu olan Səudiyyə Ərəbistanı buna mane olub. Eyni zamanda, Səudiyyə Ərəbistanı özünün nüvə fiziklərini yetişdirib. Şübhəsiz ki, İran rejiminə inanmaq olmaz. İranın Ayətullah rejimi  terrorçu rejimdir və bir çox sivilizə olunmuş ölkələr tərəfindən terrorçu olaraq tanınır. İran, İsrail səfirliklərinə və konsulluqlarına, İsrail turistlərinə, 1994-cü ildə Buenos-Ayresdəki Yəhudi İcma Mərkəzinin partladılmasına görə məsuliyyət daşıyır.

Bu terror aktında çoxlu insan öldü və xeylisi xəsarət aldı. Sonradan Argentina kəşfiyyatı müəyyən etdi ki, bu terror hücumunun arxasında İran kəşfiyyatı və İnqilab Keşikçiləri Korpusu (SEPAH) dayanıb. Buenos-Ayresdə ölənlər yalnız İsrail vətəndaşları deyil, həm də İsraillə heç bir əlaqəsi olmayan Argentina vətəndaşları idi. İran, həm terror hücumları törədən, həm də bütün Yaxın Şərq terror təşkilatlarına sponsorluq edən bir təşkilatdır.

Məsələn, “Hizbullah”, “İslam Cihadı”, HƏMAS, Yəməndəki Husi üsyançıları, Afrika ölkələrindəki terror təşkilatları  hamısı İsrailə, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə və digər bir çox ölkələrə qarşı bir çox hücumlar törətmiş təşkilatlardır. Buna görə də İranın prezidentinə və ya kralına inanmaq olmaz, çünki onlar sadəcə lent kəsən və yalan təbəssüm edən şəxslərdir”.

 M. Finkel vurğulayıb ki, əslində, İran Prezidenti heç bir gücə malik olmayan, heç nəyə təsir etməyən şəxsdir:

“Ona görə də İranda prezident dəyişməsinin heç bir əhəmiyyəti olmur. İnsanlar “İranın Prezidenti  sıfırdır, İran parlamenti  sıfırdır, onlar sadəcə kuklalardır” dedilər. İranda bütün gücə sahib olan şəxs Ayətullah Əli Xameneyi, yəni İranın ruhani lideridir. Digərləri onun qanlı maraqlarına xidmət edən kuklalardır.

İran Prezidentinin dedikləri isə sadəcə yalandır. ABŞ, NATO ölkələri, İsrail, Yaponiya, Cənubi Koreya, Avstraliya və Böyük Britaniya – bütün bu ölkələr İranı izləyir və görür ki, o, nüvə bombasına getdikcə daha da yaxınlaşır.  Hamısı bir ağızdan deyir ki, heç vaxt İranın nüvə bombası olmayacaq. Mən də deyirəm ki, bu, heç vaxt baş verməyəcək”. 

“İranın nüvə texnologiyalarına sahib olması, əslində, açıq-aşkar bir həqiqətdir. Onların "sülhməramlı nüvə proqramı" adlandırdığı şey əslində nüvə silahları hazırlamaq üçün bir pərdədir. Tehranda dəfələrlə bildirilib ki, əgər onlara qarşı həddindən artıq təzyiq göstərilsə, bu təzyiqi edənlər peşman olacaqlar. Yəni İran istəsə, qısa zamanda nüvə silahı istehsal edə bilər”. 

Bu sözləri isə israilli politoloq Zeev Hanin bildirib. Onun sözlərinə görə, bəzi xarici kəşfiyyat mənbələrinə və İsrailin hesabatlarına görə, İran artıq bir neçə nüvə başlığına malik ola bilər:

“Ancaq bu məsələnin açarı siyasi qərardır. İran Prezidenti də bir neçə gün öncə buna dolayı yolla işarə edib. İranın nüvə silahına sahib olub-olmaması artıq sirr deyil, bu, istənilən an ortaya çıxa bilər. ABŞ tam əmindir ki, İran nüvə silahı hazırlamağa çalışır.

Bunun qarşısını almaq üçün təzyiq göstərməyi planlaşdırır. Senator Marko Rubio da qeyd edir ki, bu təzyiq mütləq hərbi variant demək deyil. Amma görünür, ABŞ Prezidenti Tramp və İsrailin Baş naziri Netanyahunun görüşlərində hərbi müdaxilə ehtimalı da müzakirə olunub. Onların əsas məqsədi İrana sərt bir mesaj verməkdir ki, risk etməyə dəyməz”.

Ekspert bildirib ki, hazırda ABŞ-nin əsas prioriteti diplomatik həll yolu tapmaqdır:

“Trampın verdiyi bəyanatların boş sözlər olmadığını göstərmək istəyirlər. Görünən odur ki, Kanadayla yaşanan mübahisələr, Meksikayla “ticarət savaşı”, hətta Panama məsələləri belə, əvvəldən düşünüldüyü qədər əhəmiyyətsiz deyil. Çünki nəticə etibarilə həm Kanada, həm Meksika, həm də Panama Ağ Evin tələblərinə uyğun addımlar atdılar. Demək, İran da bu mesajları çox ciddi qəbul edir. Bundan sonra nə olacağını isə zaman göstərəcək”. 

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri