Icma.az
close
up
RU
Tehran Trampın çağırışına müsbət cavab vermək niyyətində deyil ŞƏRH

Tehran Trampın çağırışına müsbət cavab vermək niyyətində deyil ŞƏRH

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Donald Trampın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Linkoln” aviadaşıyıcısının rəhbərlik etdiyi hərbi gəmi qrupunun İrana doğru hərəkət etdiyini açıq şəkildə bəyan etməsi təsadüfi mesaj deyil. Bu addım ilk növbədə hərbi əməliyyatın qaçılmaz olduğunu göstərməkdən daha çox, klassik Tramp strategiyasının, yəni, “maksimum təzyiqlə danışıqlara məcbur etmə” yanaşmasının tərkib hissəsidir. Tramp bir tərəfdən real hərbi çəkindirmə elementini ön plana çıxarır, digər tərəfdən isə İranı nüvə silahlarını qadağan edən razılaşma ətrafında danışıqlara dəvət edir. Vaxtın sürətlə azaldığı ilə bağlı vurğu isə indiki məqamda faktiki olaraq psixoloji təzyiqi gücləndirməyə hesablanıb. Yəni başqa sözlə Tramp deyir ki, ya mənim şərtlərimi qəbul etməlisən, ya da eskalasiya qaçılmaz olacaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə ABŞ Prezidenti Donald Trampın İranla bağlı sonuncu açıqlamasını şərh edərkən bildirdi.

Onun sözlərinə görə, İran tərəfinin bütün bəyanatları onu deməyə əsas verir ki, Tehran bu çağırışa dərhal müsbət cavab vermək niyyətində deyil:

"Bunun əsas səbəbi təkcə nüvə proqramı ilə bağlı texniki məsələlər deyil. Səbəblərdən biri ondan ibarətdir ki, Tehran Tramp administrasiyasına etibar etmir və istənilən razılaşmanın uzunmüddətli olacağına dair ciddi şübhələri var. Digər tərəfdən isə İran daxilindəki sərt xətt tərəfdarları xarici təzyiq fonunda əldə olunacaq razılaşmanı strateji geri çəkilmə və zəiflik kimi qiymətləndirirlər. Amma bütün bunlara baxmayaraq Tehran ABŞ-nin tələblərinə kəskin şəkildə tamamilə yox deməyin nə qədər riskli olduğunu da başa düşür. ABŞ-nin regionda artan hərbi mövcudluğu, İsrail faktorunun yaratdığı əlavə risklər və uzunmüddətli sanksiyaların İran iqtisadiyyatına vurduğu zərbələr Tehranın manevr sahəsini daraldır. İran şübhəsiz ki, müharibə istəmir, xüsusilə də bu müharibənin nəticələrinin nəzarətdən çıxmaq ehtimalı fonunda. Lakin eyni zamanda, o, beynəlxalq arenada təslim olan tərəf kimi görünməkdən də çəkinir.

Odur ki, hazırda İranın müəyyən çıxış yolları axtardığı müşühidə olunmaqdadır. İran xarici işlər nazirinin Türkiyəyə səfəri, ABŞ ilə İran arasında vasitəçilər axtarması da bunun bariz sübutudur. Əgər İran danışıqlar masasında oturaraq nüvə proqramı və digər tələblərlə bağlı hansısa razılaşmalara gedərsə, o zaman hansısa müsbət nəticələrdən danışmaq mümkün olacaq. Amma İranın dirənişi halında hərbi müdaxilə ehtimalı kifayət qədər artmış olacaq. Hələ ki, müşahidələr İranın nüvə ambisiyalarından tam olaraq imtina etmək niyyətində olmadığını göstərir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri