Icma.az
close
up
RU
Tehran Vaşinqtonla dialoqu üç mərhələyə bölür: Şərtlər açıqlandı

Tehran Vaşinqtonla dialoqu üç mərhələyə bölür: Şərtlər açıqlandı

Icma.az bildirir, Sitat.info portalına istinadən.

İran vasitəçilərə ABŞ ilə danışıqlar üçün üç mərhələli plan təqdim edib.

Sitat.info xəbər verir ki, bu barədə "Əl Mayadeen" televiziyası məlumat verib. 

Kanalın məlumatına görə, İran tərəfi danışıqların birinci mərhələsində müharibənin bitməsini və İran və Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin verilməsini istəyib.

Tehranın şərtlərinə uyğun olaraq, bu mərhələdə başqa heç bir məsələ müzakirə olunmayacaq. Bu məsələ ilə bağlı razılıq əldə olunarsa, ikinci mərhələdə Omanın vasitəçiliyi ilə "müharibə bitdikdən sonra Hörmüz boğazının idarə olunması" müzakirə olunacaq.

Üçüncü mərhələdə Tehranın nüvə dosyesi nəzərdən keçiriləcək. Kanal vurğulayır ki, İran tərəfi ilk iki mərhələ üzrə razılıq əldə olunana qədər bu məsələni müzakirə etməkdən imtina edir.

"Əl Mayadeen"in məlumatına görə, əgər ABŞ müvafiq danışıqlar planını qəbul edərsə, İran növbəti mərhələyə razı olacaq.

11 apreldə İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bağır Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident J.D. Vens rəhbərlik edirdi. Daha sonra Tehran və Vaşinqtonda bildirildiyi kimi, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Mümkün yeni danışıqlar mərhələsinin təfərrüatları hələ də məlum deyil.

Aytac,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 Aprel 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri