Icma.az
close
up
RU
Tehran və Moskva bölgəyə köhnə metodlarla təsir etməyə çalışır

Tehran və Moskva bölgəyə köhnə metodlarla təsir etməyə çalışır

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


İranın Qafandakı baş konsulu Mürtəza Abedin Vəramin həm panfarsçılığını, həm də riyakar ermənipərəstliyini gizlədə bilməyən diplomatlardandır. Ermənistan mediasına müsahibəsində İranın Qafandakı baş konsulu iki ölkə arasındakı əlaqələrin özünəməxsus olduğunu və "minilliklər ərzində" formalaşdığını bildirib.
Halbuki, bu cür bəyanatlar tarixə açıq-aşkar saxta pərdə çəkmək cəhdindən başqa bir şey deyil. Çünki tarixən bu coğrafiyada nə "İran", nədəki "Ermənistan" adında ölkələr minilliklər ərzində mövcud olmayıb. İndiki Ermənistan sovet respublikası olaraq yalnız 1920-ci illərdə meydana çıxıb. Hazırda İranın daşıdığı adın isə heç 100 yaşı belə yoxdur. 1925-ci ildə Qacar türk dövlətini devirən, onun yerində Pəhləvi fars dövlətini quran Rza xan 1936-cı ildə bu qondarma qurumu "İran" adıyla elan edib, rəsmiləşdirdi.
Murtaza Abedin Vəraminin müsahibəsində başqa bir məqam da xüsusilə diqqət çəkir. Belə ki, o, Ermənistan və İran arasında mövcud münasibətlərin digər ölkələr arasındakı əlaqələrdən fərqləndiyini qeyd edib və iki ölkə arasında münasibətlərə kənardan müdaxilə edilməsinin yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, həm Ermənistan, həm də İran xalqı münasibətlərinə kənar qüvvələrin müdaxilə etməsinə imkan verməməlidir. Bu isə diplomatik dilin arxasında gizlənən açıq siyasi mesajdır: bölgədə təsir dairəsini qorumaq.
Baş konsul həmçinin daha da irəli gedərək erməni və fars dilləri arasındakı oxşarlıqlara diqqət çəkib və deyib ki, “fars və erməni dillərində minlərlə ortaq söz var. Bu, bizim bir xalq olduğumuzu göstərir”. Halbuki belə arqumentlər elmi deyil, ideoloji məqsədlərə xidmət edən ritorikadan başqa bir şey deyil. İran diplomatının bu sözləri onun ermənilərdən çox erməniçilik etmək niyyətini açıb göstərir. Qafandakı baş konsulun Ermənistanla bağlı açıqlamaları səmimi diplomatik jest yox, İranın bölgədə təsirini qorumağa yönəlmiş siyasi ritorika kimi qiymətləndirilməlidir.
Molla rejiminin təmsilçiləri bu cür şirnikləndirici ibarələrlə erməniləri öz təsir dairələrində saxlamağa çalışırlar. Əsl həqiqətdə isə, molla rejimi də Kreml kimi Paşinyan hakimiyyətinin hazırkı qərbyönümlü siyasətinə dərin nifrət bəsləyir. Tehran və Moskva Ermənistanın xarici siyasət kursunu dəyişmək üçün hər an əlverişli fürsət gözləyir. Xəlil Şirqulami və Murtaza Abedin Vərami kimi iranlı diplomatlar isə hələlik "ermənilərlə çoxəsrlik əlaqə", "Biz həmişə bir yerdə olmuşuq" kimi nağıllar üyütməklə məşğuldurlar.
Çox təəssüf ki, nə Tehran, nədəki Moskva Cənubi Qafqazla bağlı ənənəvi məkrli siyasətlərini heç cürə dəyişmək istəmirlər. Ancaq onların bölgədəki yeni reallıqlara təsir etmək imkanları yoxdur. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda reallıq dəyişib. Tehran da, Moskva da bölgəyə köhnə metodlarla təsir etməyə çalışsa da, artıq əvvəlki imkanlara malik deyil. Yeni siyasi şərait onların ənənəvi məkrli planlarını əvvəlki kimi asan həyata keçirməyə imkan vermir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Avqust 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri