Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

İnsan sağlamliğina verilən dəyər

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Tehran Zəngəzur dəhlizindən qorxur ŞƏRH

Tehran Zəngəzur dəhlizindən qorxur ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tural İrfan: “Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyən ilk qüvvə İran rejimidir”


“Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda dəyirmi masa təşkil olunub. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev tədbirdə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub. Bildirib ki, bəzi qüvvələr Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün düşünülmüş təxribata əl atırlar. Onun sözlərinə görə, bunun rəsmi formada qarşısını almaq mümkün olur: "Ancaq sosial mediada bu kimi məlumatlar yayıldıqda onlarla mübarizə bir az vaxt alır. Lakin hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə arasında heç bir problem yoxdur, problem yarandıqda isə dövlətlər dərhal effektiv yolla həll edirlər”. F.Şəfiyev əlavə edib ki, Azərbaycan, Türkiyə və Pakistan arasındakı üçtərəfli görüşlər geosiyasi formata çevrilib: "Azərbaycanın ətrafında olan təhdidlər, Rusiya-Ukrayna müharibəsinin regiona təsirləri, Hindistan-Pakistan problemi ölkələri əlaqələri üçtərəfli formatda inkişaf etdirməyə vadar edir. Hazırda bu formata da qarşı olan bəzi qüvvələr var. Ancaq bilməlidirlər ki, bu formatın gələcəyi var".


Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az"a deyib ki, Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyən ilk qüvvə İranın məlum rejimidir. Ekspertin sözlərinə görə, İran bunun üçün misli bərabəri olmayan şər-böhtan kampaniyası aparır, təxribatlara əl atır: 

"Hətta İran PKK-nın buraxılmasını həzm edə bilmir, Suriyada yenidən bu təşkilatın canlanmasına çalışır. Təşkilatın İran qoluna gizli dəstək verib ayaqda saxlayır. Azərbaycanın İsrail ilə yaxınlığını bəhanə gətirərək şantajçı addımlar atır, əsassız şayiələr yayır. Səfəvi-Osmanlı arasında baş vermiş tarixi ziddiyyətləri qabardır. Digər üsullarla dini zəmində məzhəbçilik nifaqı alovlandırmağa cəhd edir. İsrail ilə Azərbaycanın münasibətlərin yaxın olmasının Türkiyəyə və İrana heç bir zərəri yoxdur. Əksinə, Bakı yeri gələndə danışıqlar və dialoqun yaranmasında vasitəçilik edərək münasibətləri müharibə dərəcəsinə çatmasına imkan vermir. Bu da ümumi region üçün zəruridir. İranın özü keşmiş İran-İraq savaşında bu gün sionist deyib lənətlədiyi İsraildən 3 miyard dollar dəyərində silah almışdı. İsrail İrana görə Səddamın nüvə stansiyalarını bombalamışdı. İndi İran rejiminin Azərbaycanı şantaj etməyə haqqı yoxdur. Özünün İsrailə gücü çatmır, digər müsəlman dövlətləri təhrik edir".


Analitik əlavə edib ki, Türkiyə və Azərbaycan arasındakı ittifaq, münasibətlər, əlaqələr əsaslı, köklü, tarixi olmaqla yanaşı hərbi, mədəni, iqtisadi və başqa sahələrdə olan yaxınlıqdır: 

"Bunlar maddi maraqlardan daha çox strateji qardaşlıq prinsiplərinə dayanır. Təbii ki, Azərbaycanın Türkiyə və Pakistanla sarsılmaz bağlarla qardaşlıq bağlarını bərkitməsi Fransa kimi Qərb dövlətlərinin də qarnını ağrıdır. İsrail ilə Azərbaycanın münasibətlərinin, yaxınlığının bir çox mövzuda digər ölkələrlə bağlı dialoqların baş tutmasında rolu böyükdür. Türkiyə ilə İsrail arasında dəfələrlə gərginlik pik həddə çatıb, lakin Azərbaycan bu məsələdə vasitəçilik edərək gərginliyin azalmasına yardımçı olub. İran narahatdır ki, Azərbaycan niyə İsraillə Türkiyənin müharibə etməsinin qarşısını alıb. İran müsəlman dünyasının ortasında bir qara yaradır. Bu yaranı nə müalicə etmək mümkündür, nə də kəsib atmaq. İsraili Fələstin xalqının üstünə qaldıran və müsəlmanlara qarşı qırğın törətməyə təhrik edən də məhz İrandır. Həmişə qan istəyir, müsəlman qanının axmasını istəyir. Məzhəb davası aparır. Rəqib məzhəb nümayəndələri olan Fələstin xalqını öz əli ilə qıra bilmir, İsrailin əli ilə məhv edir. Əks halda İran qulağının dibində 30 il müsəlman Azərbaycana kömək etməyib onun düşməninə yardım etdiyi halda heç bir quru və dəniz sərhəddi olmayan Fələstin uğrunda guya mübarizə aparır? Bu, tamamilə gülüncdür. Buna inananlar çox sadəlövh adamlardır".


T.İrfan əlavə edib ki, Pakistan və Hindistan arasında yaranmış münaqişədə də İran Hindistanın tərəfində oldu: 

"İranın məqsədi müsəlmanları dünyada məhv etmək, xar və çarəsiz duruma salmaqdır ki, özü başa keçsin, aparıcı gücə çevrilsin. Türkiyəni əsas rəqib sayır bölgədə. Davamlı şəkildə daxildə məzhəb təxribatlarına start vermək üçün illərdir təbliğat aparır. Ancaq buna baxmayaraq, Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı heç zaman sarsıla bilməz. Əsl müsəlman dəyərlərinə, insani dəyərlərə söykənən bu birlik təhdid yaratmır, sülh yaradır. Lakin təxribatçı, fitnəkar qüvvələrə qarşı dəmir yumruq kimi də cavab verməyə hazırdır. Azərbaycan və Türkiyə xalqının arasında, yaxud dövlətlərimiz arasında heç bir anlaşılmazlıq yoxdur və kənar müdaxilələr də buna rəvac verə bilməz. İran ətrafında, ümumiyyətlə dünyada güclü müsəlman dövləti görmək istəmir. Zəngəzur dəhlizinə qarşı da ona görə mübarizə aparır ki, Türkiyə ilə Azərbaycanın daha da yaxınlaşması baş verməsin. Qərbin bir çox mənfur planlarının bölgədə həyata keçirilməsinə çağırış edən də məhz İrandır. İsrailin Azərbaycanla əlaqələrini şantaj edən kinli fars rejimi Fransanın, ABŞ-nin Ermənistanda, özü də İran sərhədinə yaxın ərazidə yerləşməsinə nəinki göz yumur, əksinə, şərait yaradır. Ona görə də Türkiyə və Azərbaycan daha da yaxınlaşmalı, Pakistan ilə də əlaqələr güclənməlidir. Əsasən Ermənistan ilə sülhə yaxınlaşdıqca, İranın narahatlığı artır. Ancaq Azərbaycan və Türkiyəni elə sarsılmaz bağlar birləşdirir ki, onu heç bir təxribat sarsıda bilməz".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:500
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyun 2025 04:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see421

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see276

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see271

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see270

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see262

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see255

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see253

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see249

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see246

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see245

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see239

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see232

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see232

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see220

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see219

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see215

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see211

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see202

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see201

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri