Tehrana gedən körpü bombalandı Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ və İsrail hərbi hava qüvvələri İranın strateji əhəmiyyətli Kərəc şəhərində inşası davam edən nəhəng körpüyə ikiqat zərbə endirib.
“Qafqazinfo” “Fars”a istinadən xəbər verir ki, Tehranla Kərəc şəhərlərini birləşdirməli olan və tikintisi tamamlanmaq üzrə olan körpü hücum nəticəsində ciddi dağıntılara məruz qalıb.
Hadisə zamanı ən azı iki nəfərin həlak olduğu, çox sayda insanın yaralandığı bildirilir. Məlumata görə, ikinci zərbə xilasedicilər və tibbi heyət hadisə yerində yaralılara yardım göstərən zaman endirilib ki, bu da itkilərin artmasına səbəb olub.
Xatırladaq ki, fevralın 28-dən başlayan hərbi əməliyyatlar fonunda İranın infrastruktur obyektlərinə endirilən zərbələr ölkədə logistik və humanitar vəziyyəti daha da gərginləşdirib.
Baxış sayı:121
Bu xəbər 02 Aprel 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















