Icma.az
close
up
RU
“Tehrana hücum an məsələsidir” KONKRET

“Tehrana hücum an məsələsidir” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxın Şərqdə müharibə təhlükəsi yenidən gündəmin mərkəzinə çıxıb. İranın “bütün region müharibəyə cəlb olunacaq” xəbərdarlığı ABŞ və İsrailin Tehrana qarşı hərbi hazırlıqları fonunda ciddi narahatlıq doğurur.

Maraqlıdır, belə bir qarşıdurma halında regionda hansı ölkələr birbaşa risk altına düşə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İsrailin İrana qarşı müharibəyə hazırlaşdığı artıq gizli deyil və Tehrana hücum an məsələsi kimi qiymətləndirilir. Onun sözlərinə görə, İran da məhz bu səbəbdən xəbərdarlıq edir ki, mümkün hücum regionu genişmiqyaslı müharibəyə sürükləyəcək.

Məhəmməd Əsədullazadə

Politoloq qeyd edib ki, İranın ritorikasında region ölkələrinə açıq mesajlar var:

“İran bəyan edir ki, belə bir qarşıdurma olacağı təqdirdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə yerləşən ABŞ hərbi bazaları hədəf alınacaq. Eyni zamanda Fars körfəzində hərbi əməliyyatlar aparılacağı və neft daşımalarının qarşısının alınacağı vurğulanır. Bu isə qlobal enerji təhlükəsizliyi üçün ciddi risklər yaradır”.

Əsədullazadə İranın regionda ABŞ-a məxsus bazalara hücum etmək potensialına malik olduğunu və hazırkı mərhələdə rejimin getdikcə daha aqressiv mövqe tutduğunu bildirib. Onun fikrincə, Tehran bu mesajlarla region ölkələrini ABŞ-ın İrana müdaxiləsinin qarşısını almağa təşviq etməyə çalışır:

“Əvvəllər Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Oman müəyyən mərhələlərdə gərginliyin azaldılması üçün vasitəçilik etməyə çalışsalar da, İranın ABŞ-la nüvə sazişinə getməməsi, şərtlərə əməl etməməsi və daxildə repressiv addımlar atması vəziyyəti daha da ağırlaşdırır. Artıq ABŞ üçün İranda rejim dəyişikliyi strateji plan səviyyəsinə keçib. Bu isə regionu ciddi təhlükə qarşısında qoyur”, – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, İranın açıqlamaları fonunda Yaxın Şərqdə gərginliyin daha da artması və bir sıra ölkələrin birbaşa risk altına düşməsi ehtimalı yüksək olaraq qalır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Yanvar 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri