Icma.az
close
up
RU
Tehrana yenidən zərbələr endirildi Yenilənib

Tehrana yenidən zərbələr endirildi Yenilənib

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Katz məlumat verib.

Nazir ölkəsinin İrana “qabaqlayıcı zərbə” endirdiyini bəyan edib və bildirib ki, İranın gözlənilən cavabı ilə bağlı ölkədə fövqəladə vəziyyət elan olunub.

Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.

İranın “Fars” agentliyi isə bildirib ki, İran paytaxtında azı 6 partlayış səsi eşidilib.

***

“Hüriyyet”in məlumatına görə, İranın iki nüvə obyektləri olan - Natanz və Fordoda partlayışlar baş verib.

***

İsrail İranda “Aslan Milləti” (Am Kelavi) adlı hərbi əməliyyata başladığını elan edib.

***

“İsrailin İranda həyata keçirdiyi əməliyyatda ABŞ-nin heç bir iştirakı və ya dəstəyi olmayıb” , - ABŞ dövlət katibi Marko Rubio bildirib.

***

İsrail Müdafiə Qüvvələri (IDF) İslam Respublikasının nüvə proqramı və uzaqmənzilli raket imkanlarına qarşı başladığı hərbi əməliyyatın bir neçə gün davam edəcəyini gözləyir.
“Times of Israel”in məlumatına görə, İsrail Müdafiə Qüvvələri (IDF) hərbi əməliyyatı bir neçə gün davam etdirə bilər.

“Əməliyyatın yekununda, İrandan heç bir nüvə təhdidi olmayacaq”, - İsrail Müdafiə Qüvvələri qeyd edir.

***

İsrail Nəqliyyat Nazirliyi təhlükəsizliyi təmin etmək məqsədilə ölkənin hava məkanını bağladığı ilə bağlı məlumat yayıb.

Qeyd olunub ki, qərar başladılan əməliyyata İranın mümkün cavabı ilə bağlı qəbul edilib.

***

“İsrail İrana qarşı hərbi əməliyyatın ilk mərhələsini tamamlayıb. İrana İsraili məhv etmək məqsədi daşıyan kütləvi qırğın silahları əldə etməsinə icazə verməyəcəyik” , - İsrail ordusu.

***

“Al Masirah” telekanalı xəbər verir ki, İsrail ordusu Natanz, Xorramabad və Həmədan şəhərlərini hədəf alıb.

***

“Reuters”in məlumatına görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldüyü güman edilir.

***

İsrail KİV hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin də həlak olduğunu bildirib.

***

“İsfahanda Uranın zənginləşdirilməsi üzrə əsas obyektlərdən biri olan Natanzda yenidən güclü partlayış səsləri eşidilib”, - İran dövlət televiziyası məlumat yayıb.

***

 İran dövlət televiziyası Tehrana yeni hava zərbələri endirildiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 İyun 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri