Icma.az
close
up
RU
Tehranda daha su yoxdur: İranın paytaxtı köçürülə bilər

Tehranda daha su yoxdur: İranın paytaxtı köçürülə bilər

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Paytaxtda demək olar ki, içməli su qalmayıb, ölkə üzrə su anbarları boşalıb. Hökumət təcili tədbirlər, o cümlədən Tehranın müvəqqəti bağlanması və hətta paytaxtın başqa bölgəyə köçürülməsi barədə düşünür.

Lent.az xarici mediaya istinadən bildirir ki, hökumət sözçüsü Fateme Mohaceraninin sözlərinə görə, su çatışmazlığı humanitar və iqtisadi çöküşə çevrilə biləcək ümummilli problemə çevrilib. Onun fikrincə, səlahiyyətlilər paytaxtın bir həftəlik "bağlanması" variantını nəzərdən keçirməyə məcburdur, bu da məktəblərin, universitetlərin və dövlət qurumlarının işinin dayandırılması deməkdir.

Vəziyyət daha da çətinləşir ki, proqnozlara görə, yaxın iki ayda yağıntı gözlənilmir və hansısa yolla su ehtiyatını artıra biləcək yağışlar payıza qədər düşməyəcək. Mütəxəssislərin fikrincə, ölkənin su anbarlarının təxminən 80 faizi demək olar ki, tamamilə boşdur.

Tehran və İranın 50 digər şəhəri artıq 12 saatdan 48 saata qədər fasilələrlə su təchizatına ciddi məhdudiyyətlər qoyub. Bu, əhalinin su ehtiyatlarının hələ də mövcud olduğu ölkənin şimal rayonlarına, Xəzər dənizinə yaxın ərazilərə kütləvi şəkildə köçməsinə səbəb olub.

İRNA dövlət xəbər agentliyinin məlumatına görə, İran hökuməti qondarma “qeyri-ənənəvi tədbirlər”i nəzərdən keçirir: iş həftəsinin dörd günə endirilməsi və bəzi işçilərin uzaqdan iş rejiminə keçirilməsi. Bu tədbirlər su və enerji resurslarının yükünü azaltmalıdır.

İran prezidenti Məsud Pezeşkian paytaxtda faktiki olaraq suyun qalmadığını bildirib və inzibati mərkəzin başqa şəhərə köçürülməsini istisna etməyib. 

Ekspertər böhranın əsas səbəblərinin uzun sürən quraqlıq, iqlim dəyişikliyi və ekoloji risklərə məhəl qoymayan onilliklər ərzində aparılan səmərəsiz siyasətlər olduğunu bildirirlər. Beynəlxalq müşahidəçilər qeyd edirlər ki, ölkə rəhbərliyi su təchizatı infrastrukturunu inkişaf etdirmək əvəzinə resursları Yaxın Şərqdəki silahlı qruplaşmaların dəstəklənməsinə sərf edib.

Mart ayında çəkilmiş son fotoşəkillərdən biri Tehranın əsas su ehtiyatlarından biri olan Cacrud çayının demək olar ki, quruduğunu göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 İyul 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri