Tehranda komendat saatı elan olunub Şəhər prokuroru əhaliyə evdən çıxmayın xəbərdarlığı edib
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın paytaxtı Tehranda qeyri-rəsmi komendat saatı elan olunub
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tehranın prokuroru Əli Salehi vətəndaşlara xəbərdarlığında söz açıb.
O, Tehrandakı bütün məktəblərin distant təhsilə keçmək qərarından sonra əhaliyə vacib ehtiyac olmadıqca evdən çıxmamaları varədə xəbərdarlıq edib: "Paytaxtda hazırda təhlükəli hadisələr var. Düşmənin muzdluları nümayişlərdə iştirak edənləri öldürür. Çölə çıxmayın! Növbəti xəbərdarlığa qədər evdə qalın".
Baş prokuror deyib ki, nümayişlərdə soyuq silah, o cümlədən kəsici, deşici alətlər və ya dəyənək daşıyanlarla odlu silah daşıyanlarla eyni münasibət göstəriləcək: "Silahlı şəxslərə heç bir şəkildə dözməyəcəyik. Onlar mühakimə olunacaqlar. Vətəndaşlarımızın təhlükəsizliyi qırmızı xəttimizdir".
Xatırladaq ki, 13 gün əvvəl Tehranın Böyük Bazarında dükan sahibləri tərəfindən başladılan etirazlar ölkənin bir çox şəhərinə yayılıb. İndiyədək 48 nəfərin etirazlarda öldüyü deyilir. 3 minə yaxın insan isə saxlanılıb.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 09 Yanvar 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















