Tehranda siyasi zəlzələ Pezeşkian Əraqçini yola salır?
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranda yüksək səviyyəli rəhbərlikdə böhran yaşandığı iddia edilir.
"Cebheinfo.az" xəbər verir ki, müxalif mövqeyi ilə tanınan "Iran International" nəşrinin məlumatına görə, Prezident Məsud Pezeşkian və Parlament sədri Məhəmməd Baqir Qalibaf xarici işlər naziri Abbas Əraqçinin vəzifədən azad olunmasını tələb ediblər.
Xəbərdə Pezeşkian və Qalibafın Əraqçini ABŞ ilə aparılan danışıqlarda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidiyə həddindən artıq yaxın mövqe sərgiləməkdə ittiham etdikləri irəli sürülüb. İddialara görə, Əraqçi hökuməti təmsil edən bir nazir kimi deyil, Vahidinin müavini kimi davranır.
Məsələ ilə bağlı məlumatı olan iki mənbəyə istinadən verilən xəbərdə bildirilir ki, Prezident Pezeşkian bu vəziyyətin davam edəcəyi təqdirdə Əraqçini vəzifədən uzaqlaşdıra biləcəyini yaxın ətrafına çatdırıb.
İran rəhbərliyində ABŞ ilə aparılan danışıqlarda izləniləcək strategiya ilə bağlı ciddi fikir ayrılıqlarının yaşandığı da iddialar arasındadır. Sözügedən ixtilafların xüsusilə Tehranın nüvə proqramının danışıqların bir hissəsi olub-olmaması mövzusunda kəskinləşdiyi ifadə edilir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 May 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















