Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fevralın 17-18-də Tehranda Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstan baş nazirlərinin və nazirlərinin iştirakı ilə Xəzəryanı ölkələrin iqtisadi forumu keçiriləcək.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İranın Ticarətin İnkişafı Təşkilatının Mərkəzi Asiya Baş İdarəsinin rəisi Əkbər Qodari deyib.
Onun sözlərinə görə, forumun əsas məqsədi iqtisadi, ticari, elmi-texniki əməkdaşlıq, səhiyyə, enerji, maliyyə, turizm, azad zonalara investisiya yatırımlarının genişləndirilməsi, Xəzər dənizi ilə bağlı logistika məsələlərinin nailiyyətləri və son vəziyyəti ilə tanışlıqdır.
Qeyd olunub ki, forumun ikinci günündə beş ölkənin baş nazirləri əməkdaşlığın daha da inkişaf etdirilməsi strategiyaları və sazişin həyata keçirilməsi üçün nazirlər tərəfindən əldə olunan razılaşmaların vaxtaşırı izlənilməsi ilə bağlı yekun bəyanatı imzalamaqla anlaşmaya nail olacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 13 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















