Icma.az
close
up
RU
Tehrandan Bakıya qarşı gülünc ittiham: Utanmaq lazımdır...

Tehrandan Bakıya qarşı gülünc ittiham: Utanmaq lazımdır...

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkianın bir neçə dəfə bu mövzuda açıqlama verməsinə və təkzib etməsinə baxmayaraq, Tehran rejiminin mühafizəkar qanadı 12 günlük müharibə ilə bağlı heç bir əsas olmadan qonşuları suçlamaq kimi pis ənənədən əl çəkmək istəmir.

Axar.az xəbər verir ki, bu mövzuda “Sepah Pasdaran” növbəti dəfə iddia paylaşıb və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizidən sitat gətirib.

“Sərhədçi qardaşlarımız qətiyyətlə bəyan ediblər ki, İsrail İrana hücum etmək üçün Bakı ilə sərhəddən istifadə edib və pilotsuz təyyarələrin bir hissəsi məhz bu marşrutla gedib. Əliyev deyib ki, İran sübut təqdim etməlidir, lakin faktın özünü inkar etmək olmaz və biz bu məsələyə baxacağıq”, - o bildirib.

Əvvəla, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasına rəhbərlik edən bir şəxs olaraq Əzizinin Azərbaycan Respublikası ilə İran sərhədini “Bakı ilə sərhəd” adlandırmasının özü siyasi əxlaqsızlığın maksimal formasıdır. Özünə siyasətçi və müsəlman deyən, “müsəlman təəssübkeşi” kimi çıxış edən heç bir şəxs müsəlman Azərbaycan dövləti haqda bu cür aşağılayıcı ifadəni işlətməyi öz ləyaqətinə sığışdırmaz - əlbəttə ki, müsəlmanlığı və ləyaqəti varsa. Təbii ki, müsəlman qəbirlərini dağıdıb, məscidləri yer üzündən silən erməniləri qardaş saydığını da nəzərə alsaq, belə şəxslərin “müsəlman”, “ləyaqət” və “insanlıq”dan məhrum olduğunu təsdiqləmək məcburiyyətindəyik.

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ərazisinin qonşulara qarşı istifadə edilməsinin heç bir halda mümkün olmadığını dəfələrlə bəyan edib, son hadisələrlə bağlı iddialara isə sübut tələb edib. Əlbəttə ki, İranın mühafizəkar kəsimi sübut təqdim edə bilməz – olmayan şeyi necə təqdim edə bilərlər ki! Buna baxmayaraq, sputnik qeydləri ilə danışmaq əvəzinə “faktın özünü inkar etmək olmaz” şərləməsini davam etdirmək İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası sədrinin acizliyinin və primitiv düşüncə tərzinin bariz nümunəsidir.

Halbuki hərbi-kəşfiyyat baxımından “qüdrəti” ilə lovğalanan İran 12 günlük müharibə zamanı İsrail dronlarının elə İran ərazisindən qalxdığını gördü. “Qüdrətli” İran kəşfiyyatını MOSSAD darmadağın etdi, bəlli oldu ki, İsrail kəşfiyyatı İranda dron istehsal edən sex yaradıb – həm də bir deyil, onlarla; o sexlərdə yüzlərlə dron yığılıb və İranın strateji obyektlərinin yanına yerləşdirilib.

İran 12 günlük müharibə zamanı və ondan sonra İsrailə casusluq edən yüzlərlə şəxsi saxladı – ölkədə İsrail casuslaları hər yeri bürüyübmüş və əlbəttə ki, onların heç də “kökünü” kəsməyiblər.

Tehran rejimi “Azərbaycanla sərhəddən dron qalxıb” kimi gülünc iddia əvəzinə yüzlərlə qırıcı və dronla hücuma keçən İsrailə qarşı niyə hava müqavimətinin olmadığına aydınlıq gətirsə, daha yaxşı olar. 12 gün müddətində İran səmasında olan yüzlərlə İsrail təyyarənin bircəciyini vura bilməyən, həva məkanını tamamilə İsrail qüvvələrinə təslim edən İran rəsmisi bunun cavabı kimi “Bakı ilə sərhəddən dron qalxıb” kimi gülünc iddianı irəli sürə bilməz.

MOSSAD-ın savaşın başladığı ilk gündəcə 30-ya yaxın generalı, nüvə alimini evində və hərbi hissələrdə nöqtə atışı ilə məhv edə bildiyi halda, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası sədrinin bu cür sözləri sadəcə ikrah doğurur.

Heç bir normal məntiqə və normal düşüncəyə sahib şəxs bu iddianı səsləndirməz, əksinə, 12 günlük müharibədə İsrail kəşfiyyatının əməliyyatları qarşısında utanardı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri