Tehrandan gözlənilməz Əsəd açıqlaması: Xameneinin adından...
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“Biz Bəşər Əsədə çox məsləhətlər verdik, amma o bunları eşitməkdən imtina etdi”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı İordaniya mətbuatına açıqlamasında deyib.
“Əsədi İdlibdə müxalifətin hərəkətlənməsi barədə xəbərdar etmişdik və Suriya hökuməti öz qərarını özü verdi. Tehranın onun ölkədən getməsiylə bağlı heç bir əlaqəsi olmayıb”, – Araqçı bildirib.
XİN başçısı İranın Suriyada bu ölkənin hökumətinin xahişi ilə olduğunu söyləyib.
Qeyd edək ki, Suriyanın eks-prezidenti Bəşər Əsədlə İran arasında gərginlik uzun müddət mövcud olub. Bu narazılıq İsrailin “Hizbullah”a zərbələrindən sonra artıb. İranın müxalif mətbuatı o zaman Abbas Araqşının Dəməşqə gedərək ali dini lideri Ayətullah Xameneinin dili ilə Əsədi təhdid etdiyini bildirib. Keçmiş prezident isə ona “Hizbullah”ın yardımına getməyəcəyini deyib.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 21 Dekabr 2024 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















