Tehrandan yeni hoqqa: Xəzərdəki enerji layihələrinə necə mane olmalı?
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Zəngəzur dəhlizi məsələsindən sonra bütün yönlərdə hücuma başlayıb. Tribunainfo.az xəbər verir ki, layihənin qarşısını ala bilməyən Tehran, indi də ekoloji məsələləri ortaya atmağa çalışır.
Ötən gün Tehranda yayınlanan “Xəbər Onlayn” saytına açıqlama verən ekspert Seyid Əli Qəmməqami təklif edib ki, İran fəal diplomatiya yolu ilə Xəzəryanı ölkələri Transxəzər boru kəmərinin regional və sahilyanı ölkələrin ətraf mühitinə zərərli olduğuna, Türkiyə, Çin, ABŞ və İsrailin region çaylarının və Xəzər dənizinin çirklənməsindən zərər görəcəyinə inandırmalıdır.
O iddia edib ki, Zəngəzur dəhlizinin “NATO/Turan dəhlizi” olması iddiası səthi bir nəzəriyyədir. “Çünki NATO Cənubi Qafqaza, xüsusilə Azərbaycana və Orta Asiyanın türkdilli ölkələrinə NATO üzvü və NATO-nun cənub qolunun qalxanı olan Türkiyə vasitəsilə daxil olub”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 23 Avqust 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















