Icma.az
close
up
RU
“Tehranı fəth edib, səni cəzalandıracağıq”

“Tehranı fəth edib, səni cəzalandıracağıq”

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Qələbəyədək mübarizəni davam etdirmək təkcə milli vəzifə deyil, həm də azadlıq yolunda canını qurban verənlərin pak qanı ilə bağlanmış əhddir”.

KONKRET.az xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi xalqa müraciətində deyib.

“İranın ən yaxşı övladlarını itirməyin kədəri ağırdır. Amma biz bu kədəri şüurlu qəzəb və Xamenei ilə onun bütün daxili və xarici əlaltılarına qarşı sarsılmaz iradəyə çevirəcəyik. Siz tək deyilsiniz. Sizin müqavimətiniz tarixi dəyişib. Siz azadlığın ön cəbhəsindəsiniz. Biz isə bu rejimin sonuna hər zamankından daha yaxınıq. Bu rejim çat verib, gücü aşınıb, süqutu başlayıb.

Özünüzə – birlik, cəsarət və böyüklüyünüzə inanın. Bu rejim siz və gücünüzdən qorxur. Kədərimizin ümidsizliyə çevrilməsinə imkan verməyəcəyik. Bu rejim artıq oyanmış və ayağa qalxmış xalqımızı susdura bilməz, qorxunu İrana hakim edə bilməz.

Həmvətənlərim, hazır olun. Küçələrə qayıdış anı gələcək – daha geniş, daha güclü, daha qətiyyətli şəkildə, Tehranın fəthi və İranı geri almaq üçün”, – o bildirib.

Rza Pəhləvi qeyd edib ki, İranın Ali rəhbəri Əli Xameneini əbədi rüsvayçılıq gözləyir. O, ölkə liderini “İranı işğal etmiş rejimin rəhbəri” və “cinayətkar” adlandırıb.

“Xameneinin əlləri on minlərlə günahsız iranlının qanına batıb, o, bütün muzdluları ilə birlikdə tökülən qanlara görə cavab verməlidir. Biz nə bağışlayırıq, nə unuduruq, nə də geri çəkilirik. Nasist cinayətkarların Nürnberqdə mühakimə olunub cəzalandırıldığı kimi, sən və sənin əlaltıların da İran xalqının məhkəməsində mühakimə olunacaq və cəzalandırılacaqsınız. Heç bir cinayət cavabsız qalmayacaq. Sən və əlaltılarının qaçış yolu yoxdur, gizlənəcək yeriniz və toxunulmaz deyilsiniz”, – Pəhləvi Xameneiyə xitabla vurğulayıb.

(teleqraf)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Yanvar 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri