Icma.az
close
up
RU
Tehranın maraqlarını əks etdirməyən plan İran ABŞ a cavab hazırlayır

Tehranın maraqlarını əks etdirməyən plan İran ABŞ a cavab hazırlayır

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İran onilliklərdir davam edən nüvə qarşıdurmasına son qoymaq üçün ABŞ-ın təqdim etdiyi yeni təklifi rədd etməyə hazırlaşır. İranın yüksək səviyyəli diplomatı bildirib ki, bu plan Tehranın maraqlarını əks etdirmir və Vaşinqtonun uranı zənginləşdirmə siyasətinə münasibətində heç bir yumşalma nəzərdə tutulmur.

Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, ABŞ-ın yeni nüvə sazişi təklifi şənbə günü Oman xarici işlər naziri Seyyid Bədr Əl-Busaidi tərəfindən İrana təqdim edilib. O, Tehranla Vaşinqton arasında vasitəçilik edən əsas fiqurlardan biridir və bu səfəri çərçivəsində tərəflər arasında beşinci danışıqlar raundu baş tutub.

Danışıqlarda iştirak edən və adının açıqlanmasını istəməyən iranlı diplomat “Reuters”ə bildirib:

“İran ABŞ-ın təklifinə mənfi cavab hazırlayır. Bu da Vaşinqtonun təklifinin rədd edilməsi kimi qəbul edilə bilər”.

ABŞ tərəfi İrandan uranın zənginləşdirilməsindən tamamilə imtina etməyi və yüksək zənginləşdirilmiş uranın bütün ehtiyatlarını ölkədən çıxarmağı tələb edir. Lakin Tehran bu tələbləri qəti şəkildə rədd edir.

İran bildirir ki, nüvə texnologiyasına yalnız dinc məqsədlərlə yiyələnmək istəyir və Qərb ölkələrinin nüvə silahı hazırlamaqla bağlı ittihamlarını inkar edir.

İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, Tehran rəsmi cavabını yaxın vaxtlarda təqdim edəcək. ABŞ Dövlət Departamenti məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 İyun 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri