Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Tehranın müasir bəlası: “Nəfəs ala bilmirik” ARAŞDIRMA

Tehranın müasir bəlası: “Nəfəs ala bilmirik” ARAŞDIRMA

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran bu gün Yaxın Şərqin ən çox müzakirə olunan ölkələrindən biridir. Zəngin enerji ehtiyatları, geosiyasi mövqeyi və Qərblə gərgin münasibətləri onu daim beynəlxalq gündəmdə saxlayır.

Bu ilin ortalarında İsraillə baş verən müharibə, Tehran daxil olmaqla İran şəhərlərinə endirilən raket zərbələri ölkəni dünya xəbərlərinin mərkəzinə çevirib. Bu hadisələr həm İranın regional rolunu, həm də paytaxt Tehranın nə qədər həssas mövqedə olduğunu göstərir.

Tehranın küçələrində baş verən etirazlardan tutmuş nüvə proqramı ətrafında aparılan danışıqlara qədər hər bir detal qlobal gündəmi silkələyir. Ona görə də İranı, xüsusən də onun ürəyi sayılan Tehranın taleyini anlamaq həm regionu, həm də dünyanı anlamaq deməkdir.

Modern.az-ın “Qədim şəhərin müasir bəlaları”adlı rubrikasının budəfəki buraxılışı İranın paytaxtı Tehran şəhərinə həsr olunub.

Tehran təkcə İranın siyasi mərkəzi deyil, həm də yüzilliklərin mirasını daşıyan mədəniyyət xəzinəsidir. Burada Qacar türklərinin dövründən qalma şah sarayları ilə yanaşı, dünyanın ən qədim və ən böyük bazarlarından biri hesab edilən Böyük Tehran Bazarı da var. Bazarın dar küçələrində dolaşarkən həm orta əsrlərin ruhunu, həm də müasir Tehranın səs-küyünü eyni anda hiss etmək mümkündür.

Şərq mədəniyyətinin zənginliyini nümayiş etdirən bu miras sürətlə genişlənən metropolun basqısı altında yoxa çıxmaq təhlükəsi ilə də üz-üzədir. Köhnə məhəllələrin sökülməsi, yerinə çoxmərtəbəli binaların tikilməsi Tehranın yaddaşını silməkdədir.

"Nəfəs ala bilmirik"

Tehran bu gün dünyanın ən çirkli şəhərlərindən biri kimi tanınır. Avtomobil sıxlığı, köhnə sənaye müəssisələri və keyfiyyətsiz yanacaq havanı zəhərləyir. Şəhərin coğrafiyası isə problemi daha da ağırlaşdırır. Alborz dağlarının ətəyində yerləşən paytaxtda soyuq hava qatları çirklənməni yer səthinə “həbs edir” və tozlu hava uzun müddət dağılmır.

Beynəlxalq araşdırmalar da vəziyyətin nə qədər təhlükəli olduğunu təsdiqləyir. “ScienceDirect” platformasında dərc olunan bir tədqiqatda qeyd olunur ki, ilin 16–34 faizində Tehranın havası səhiyyə üçün təhlükəli səviyyəyə çatır. Çirkləndirici emissiyaların 80 faizdən çoxu isə avtomobillərin payına düşür. "Reuters"in hazırladığı reportajda vurğulanır ki, qış aylarında temperatur inversiyası baş verdikdə paytaxt tamamilə toza qərq olur. Dünya Bankının hesabatları isə göstərir ki, bu vəziyyət yalnız insanların sağlamlığına deyil, həm də ölkə iqtisadiyyatına ciddi zərər vurur.

Şəhər sakinləri isə bu reallığı hər gün öz nəfəsində hiss edir. “Hər səhər oyananda nəfəs almaq çətinləşir,” – deyir 32 yaşlı tehranlı Leyla. “Xüsusilə səhərə yaxın sanki tüstü divar kimi üzümüzə dayanır. Uşaqlar tez-tez öskürür, yaşlılar isə evdən çölə çıxmaqdan çəkinir.”

Ayaq basmağa yer yoxdur

Tehran sürətlə böyüyən nəhəng şəhərdir, amma nə yolları, nə də ictimai nəqliyyatı bu böyümə ilə ayaqlaşa bilir. Əhali çoxaldıqca tıxaclar artır, metroda sıxlıq dözülməz həddə çatıb, gündəlik həyat isə yorucu mübarizəyə çevrilir.

Rəqəmlər vəziyyətin miqyasını daha aydın göstərir: Tehran metrosu hazırda 179 kilometrlik şəbəkəyə malikdir və hər gün təxminən 2,5 milyon sərnişin daşıyır. Lakin bu, şəhərin tələbatını qarşılamaq üçün kifayət etmir. Səyahətlərin 72 faizi şəxsi avtomobillərlə edilir, nəticədə pik saatlarda mərkəzi küçələrdə orta hərəkət sürəti cəmi 15 km/saat-a qədər enir. Bu isə həm vaxt itkisinə, həm də yanacaq sərfiyyatının artmasına səbəb olur.

Yollar genişləndirilsə də, avtomobil sayı daha sürətlə artır və yeni tikilən məhəllələrdə nəqliyyat sistemi ehtiyacları qarşılamır. Enerji istehlakının yüksəlməsi də problemin başqa tərəfidir, dayanmış avtomobillərin yandırdığı yanacaq, köhnə avtobusların sərf etdiyi dizel və elektrik itkisi həm iqtisadiyyata, həm də ətraf mühitə əlavə yük gətirir.

Beləcə, Tehran “ayaq basmağa yer olmayan” bir metropol təsiri bağışlayır.

Susuz həyat...

Tehranın su ilə təminatı tənəzzül mərhələsindədir. Şəhərin əsas su anbarlarının - Lar, Latian, Mamloo, Taleqan və Karajın (Amir Kabir) doluluq səviyyəsi tarixi minimumlara enib. Məsələn, Karaj anbarında hazırda tutumun cəmi 7–12 faizi qədər su qalıb. 2024–2025-ci illərdə yağıntı miqdarı normadan 40–50 faiz aşağı olub.

Yağıntının azalması ilə birlikdə su mənbələrinin bərpası da çətinləşib. Suyun çatışmazlığı yeraltı su ehtiyatlarından həddən artıq istifadəni zəruri edib. Bu da öz növbəsində torpaq sürüşməsinə səbəb olub. Bəzi bölgələrdə bu çökmə illik 20–30 sm-ə qədər çatır. Yeraltı suların bu cür nəzarətsiz istifadəsi yalnız təbii balansı pozmur, eləcə də infrastruktur və binalar üçün təhlükə yaradır. Digər tərəfdən, paytaxt sakinlərinin gündəlik su istehlakı da normadan xeyli yüksəkdir və bu tendensiya hələ də davam edir.

Bu böhranın əsas səbəbləri arasında iqlim dəyişiklikləri, uzunmüddətli quraqlıq, idarəetmədə səmərəsizlik və su infrastrukturlarının köhnəlməsi yer alır. Yağış sularının yığılması və saxlanılması üçün anbarlar çöküntü ilə dolması səbəbilə onların effektivliyi azalıb. Qanunsuz quyuların sayı artıb və suyun istifadəsi üzrə nəzarət sistemi zəifləyib. Əhali artımı, kənd təsərrüfatı və sənaye sahələrində suya olan tələbat da böhranı dərinləşdirir.

Tehran bölgəsində son illərdə yağış miqdarı uzunmüddətli orta göstəricilərdən əhəmiyyətli dərəcədə aşağıdır. Aparılan araşdırmalara görə, 2025-in əvvəlində yağıntı uzunmüddətli orta göstəricidən təxminən 42% az olub. 

Tehranın ekoloji problemləri artıq sırf təbii hadisələr deyil, idarəetmə, siyasət, sosial ədalət və planlaşdırma məsələləridir. Əgər vaxtında və sistemli tədbirlər görülməzsə, bu problemlər şəhərin yaşanmaz hala gəlməsinə səbəb ola bilər.

Şəhərin iki siması...

Tehran bu gün 15 milyondan çox əhalisi ilə Yaxın Şərqin ən böyük şəhərlərindən biridir. Amma bu nəhənglik eyni zamanda sosial bərabərsizliklərin daha qabarıq görünməsinə səbəb olur. Şəhərin mərkəzində bahalı mənzillər, dəbdəbəli ticarət mərkəzləri və yüksək səviyyəli xidmətlər cəmləşib. Lakin kənar məhəllələrdə yoxsulluq, yarımçıq binalar və qanunsuz tikililər insan həyatını tamamilə başqa mənzərəyə çevirir.

Araşdırmalara görə, Tehranın ətrafında sürətlə böyüyən məhəllələrin bir qismi sənədsiz salınıb. Burada nə su, nə kanalizasiya sistemi, nə də müasir infrastruktur kifayət qədərdir. İnsanlar şəhərin cazibəsini paytaxt mərkəzində deyil, ucqar və inkişafdan geri qalan ərazilərdə yaşamağa məcbur olurlar.

Tehranın gizli qorxusu

Tehran həm də görünməz bir təhlükə ilə yaşayır. Şəhər böyük seysmoloji zonada yerləşir və elm adamları illərdir paytaxtın hər an güclü yeraltı silkələnmələrlə üz-üzə qala biləcəyini bildirirlər.

Sürətlə artan şəhərləşmə bu riski daha da təhlükəli edir. Son illərdə paytaxtın ətrafında yüzlərlə yeni yaşayış binası tikilib, lakin onların hamısı seysmik standartlara cavab vermir. Əhali sıxlığı isə o qədər çoxdur ki, güclü zəlzələ baş verdiyi halda fəsadların miqyası fəlakətli ola bilər.

Nəticə etibarilə, Tehran bu gün ziddiyyətlərin şəhəridir, bir tərəfdə sarayların və bazarların yaşatdığı zəngin tarix, digər tərəfdə isə tozlu hava, hərəkəti iflic edən tıxaclar və sosial uçurum. Əhalinin sürətlə artması, infrastrukturun yüklənməsi və qeyri-bərabər inkişaf bu qədim paytaxtı daha ağır problemlərlə üz-üzə qoyur. Üstəlik, zəlzələ riski hər an bütün bu tabloya daha bir fəlakətli səhifə əlavə edə bilər...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:470
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Sentyabr 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri