Icma.az
close
up
RU
“Tehranın vəziyyəti getdikcə ağırlaşır” POLİTOLOQ

“Tehranın vəziyyəti getdikcə ağırlaşır” POLİTOLOQ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"ABŞ ilə İran arasında danışıqlar dayansa da, yəni birbaşa danışıqlar olmasa da, ABŞ ilə İran arasında vasitəçilərin yardımı ilə ismarışlar ötürülür".Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, bu, danışıqların davam etməsi kimi də qiymətləndirilə bilər, yaxud müzakirələrin davam etməsi kimi də qiymətləndirilə bilər:

"Amma məlum olduğu kimi, ABŞ həm ötən ilki, həm də bu ilki hərbi əməliyyatlar nəticəsində İranın bazalarını, hərbi obyektlərini, ali liderini, hərbi komandanı və sairəni, hərbi-sənaye kompleksinə aid olan, idarəetmə sisteminə aid olan, silahlı qüvvələrinə aid olan şəxsləri və obyektləri məhv etdiyini bəyan elədi. Bundan başqa, İranın yeni lideri Möştaba Xameneidən hələ də real xəbər yoxdur. Yəni nə videosu, nə canlı, nə audio müraciəti və sairəsi yoxdur.

Bu baxımdan, İranda rəhbərlik və idarəetmədə də ABŞ-ın hərbi əməliyyatları ilə müəyyən çətinliklər yaranır. Yəni ABŞ İranın atom-nüvə sənayesində, hərbi sənayesində, silahlı qüvvələrdə və idarəetmə sistemində problemlər yaratmaqla İslam Respublikasını çətin vəziyyətə salıb.

Bu günlərdə isə İran iqtisadiyyatına ABŞ-ın güclü zərbə vuracağını bəyan edib. Yəni İrana qarşı daha sərt, daha kəskin sanksiyaların tətbiq olunacağı gözlənilir. Bu sanksiyalara ABŞ-ın Qərb ölkələrindəki və dünyadakı müxtəlif səviyyəli tərəfdaşları və strateji müttəfiqlərinin qoşulacağı da ehtimal olunur.

Bu isə Tehran hakimiyyəti üçün, iqtisadiyyat üçün çox güclü zərbə ola bilər. Ona görə də bu mərhələ İran İslam Respublikası iqtisadiyyatının tamamilə çökdürülməsinə xidmət edir.

Beləliklə, hərbi, atom-nüvə idarəetmə kadrlarının məhv edilməsi ilə yanaşı, iqtisadiyyatın da çökdürülməsi Tehranın iqtisadiyyatını idarə etməsində xaos və şok vəziyyəti yarada bilər.

Ona görə də hesab edirəm ki, Tehran hakimiyyəti danışıqları davam etdirməyə də maraqlı ola bilər və ABŞ-ın şərtlərini şərtsiz qəbul etməyə hazır olar.

Bu yaxınlarda İranın ayrı-ayrı rəsmiləri bəyan edirdilər ki, ABŞ ilə danışıqlar üçün indiki vəziyyət əlverişsizdir. Yəni bu deməkdir ki, növbəti mərhələdə, söhbəti rahatda, yaxud başqa bir vaxtda danışıqların keçirilməsi İran üçün nüvə ilə bağlı fəlakətə səbəb ola bilər.

Tərəflərin yenidən diplomatik masa arxasına qayıtması ehtimalı hər gün olur. Hər gün də var. Çünki Tehran hakimiyyətinin həm nüfuzu aşağı düşür, həm ölkə iqtisadiyyatı çökür, sosial problemlər artır və sairə.

Ona görə bu kimi problemlər İslam Respublikası rəhbərliyini danışıqları davam etdirməyə vadar edəcək, yaxud vadar edə bilər.

Bu tip hadisələr, yəni İran hakimiyyətinin vəziyyətinin ağırlığı İran İslam Respublikasına ziyan vuracaq və eskalasiya İran daxilində artacaq. Yəni regional məsələlərdə, münasibətlərdə deyil, İran daxilində gərginlik artacaq.

Bu gərginliyin İran daxilində artması isə Tehran hakimiyyətinin öz vəziyyətini daha da ağırlaşdıracaq. Ona görə onun regionda yeni eskalasiya üçün, yeni hərbi qarşıdurma üçün, qarşıdurma yaratmaq üçün imkanı o dərəcədə yüksək deyil.

Çünki İranın ayrı-ayrı hərbi qüvvələri, müxtəlif səviyyəli silah təmsilçiləri bəyan edir ki, ABŞ-ı dəstəkləyən ayrı-ayrı ölkələrin ərazilərini vuracaqlar və sairə. Amma bunların hamısı daha çox avantürist, avantüra və şantaja oxşayır.

Nə qədər ki, ABŞ ilə İran arasında saziş, sülh sazişi, əməkdaşlıq sazişi, münasibətlərin normallaşması istiqamətində hər hansı razılaşma sənədi imzalanmayıb, regionda, xüsusən İran-ABŞ münasibətlərində gərginlik qalacaq və artacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Avqust 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri