Tehranla Bağdad arasında razılaşma: nazir detalları açdı
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“Hər bir ölkənin sabitliyi digər qonşuların təhlükəsizliyinin qarantıdır”.
Globalinfo.az xəbər verir ki, bunu İraq xarici işlər naziri Fuad Hüseyin iranlı həmkarı Abbas Əraqçi ilə mətbuat konfransında bildirib.
“İran və İraq arasında fikir mübadiləsi hazırkı vəziyyətdə çox önəmlidir. Biz regional təhlükəsizliyin bölünməzliyi prinsipi üzərində dayanırıq. Bu çərçivədə, ölkələrin daxili işlərinə qarışmamaq prinsipinin zəruriliyini vurğulayaraq, regional çağırışlara qarşı mübarizə aparmaq üçün məsləhətləşmələrin davam etdirilməsinə razılıq verdik”, – deyə o bildirib.
Nazir qeyd edib ki, Bağdadda güclü hökumətin sürətlə formalaşdırılması İraq və regionda iqtisadi və maliyyə problemləri ilə mübarizə aparmaq üçün strateji zərurətdir:
“Hesab edirik ki, İraqın təhlükəsizliyi regionun təhlükəsizliyi ilə sıx bağlıdır. Buna görə də İranın sabitliyi və təhlükəsizliyini milli təhlükəsizliyimizin və bütün regionun ayrılmaz bir hissəsi kimi qiymətləndiririk”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 18 Yanvar 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















