“Təhsil işçiləri həm işləyir, həm də istirahət edirlər” Araz Paşayev
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayı ərzində 700 nəfərdən çox ittifaq üzvü üçün ekskursiya və turlar təşkil olunub”.
Redaktor.az xəbər verir ki, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev rəsmi feysbuk səhifəsində yanvar ayına olan statistikanı açıqlayıb.
Paylaşımında A.Paşayev qeyd edib ki, 533 nəfər təhsil işçisi rayon və şəhər komitələrinin təşkilatçılığı ilə Quba, Qusar, Qəbələ, Şamaxı və Astara rayonlarına təşkil edilmiş bir neçə günlük turlardan yararlanaraq istirahət ediblər.
A.Paşayev bildirib ki, 168 nəfər təhsil işçisi isə "İçərişəhər" Tarix-Memarlıq Qoruğuna və açıq səma altında yerləşən Qala Etnoqrafiya Muzeyinə ekskursiya ediblər.
Qeyd olunub ki, bu cür maarifləndirici və istirahət xarakterli gəzintilər gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 08 Fevral 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















