Təhsil işçilərinə ŞAD XƏBƏR güzəştli kartların veriləcəyi tarix AÇIQLANDI
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
“Yeni tədris ilindən Azərbaycanda müəllimlər üçün müəyyən güzəştlər nəzərdə tutan təhsil kartları istifadəyə veriləcək. Təhsil işçiləri bu kart vasitəsilə müxtəlif endirimlərdən, kurs xidmətlərindən və digər imkanlardan yararlana biləcəklər”.
Redaktor.az-ın məlumatına görə, Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəșidova “Azərbaycan müəllimi”nə bildirib ki, çoxfunksiyalı güzəştli kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur. Təhsil işçilərinin ehtiyac və maraqlarına uyğun olaraq geniş tərəfdaş şəbəkəsi formalaşdırılıb. Təhsil işçiləri üçün bu kart əməkhaqqı, giriş-çıxış və debet kartı funksiyalarını yerinə yetirməklə yanaşı, həm də kafe və restoranlarda, geyim və ərzaq mağazalarında, gözəllik, sağlamlıq və tibbi xidmət mərkəzlərində endirimlər təqdim edəcək.
Könül Abdulrəșidovanın sözlərinə görə, kartların təxminən 450 min nəfərə veriləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 22 Avqust 2025 01:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















