Icma.az
close
up
RU
Təhsil krediti tələbənin arxa dayağıdır

Təhsil krediti tələbənin arxa dayağıdır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən il 6 min 562 gənc bu dəstəkdən faydalanıb

Hər bir şagirdin ürəyində bir arzu qanadlanır – universitet qapısından içəri keçmək, auditoriyaların səs-küyünü duymaq, gələcəyin yetkin gənci kimi yetişmək. 

Ali məktəbə qəbul olmaq isə insanın tale imtahanıdır. Və “qəbul oldunuz” xəbərini almaq həyatın ən unudulmaz anı olur. Həmin an insanın ürəyi qürurla döyünür, qarşısında yeni bir meydan açılır.

Lakin ali məktəbə qəbul müəyyən qayğı da doğurur: təhsil haqqı. Bu zaman gəncin sevinci çox vaxt valideynin düşüncəli baxışları ilə qarışır. Çünki övladının oxumasını istəyən valideyn bəzən ən böyük sınağı məhz bu məqamda yaşayır: “Övladım təhsilsiz qalmasın!”.

Valideynlər  “ayağını yorğanına görə uzat” atalar sözü ilə razılaşsalar da övladının ali təhsil alması  vaxtı çatanda bu məsləhət çox vaxt işə yaramır. Çünki övladının arzusu bəzən ata-anasının gözündə ən böyük ucalıq olur. Təhsil kreditləri isə valideynlərin çiyinlərindəki ağır yükü bir az da olsa yüngülləşdirir, tələbələrin yolunu işıqlandırır. Bu kreditlər təhsil haqqına, dərs vəsaitlərinə sərf olunur. Ən mühümü isə tələbə bu krediti təhsili tamamladıqdan sonra ödəməyə başlayır. Bu isə  gəncin maneəsiz təhsil almasına imkan verir. Ən böyük üstünlüklərdən biri isə  kredit faizlərinin aşağı olmasıdır. Dövlət dəstəyi ilə verilən kreditlər maksimum 10 il ərzində  ödənilə bilir. Təhsil Nazirliyinin saytındakı kalkulyator vasitəsilə hər kəs öz imkanlarını əvvəlcədən hesablayır. 

Bu gün tələbə təhsil krediti təkcə maliyyə dəstəyi deyil, həm də elmə, təhsilə həvəs oyadır. Təhsildən qopmamaq, arzularını yarıda buraxmamaq üçün yaradılan bu imkanlar sayəsində yüzlərlə tələbə auditoriyalara qovuşur, gələcəyin peşəkarı olmaq yolunda inamla addımlayır.

2021-ci ildə yaradılan Təhsil Tələbə Kredit Fondundan yararlanan tələbələrdən biri də Aytac Baxşıyevadır. O, öz təcrübəsini belə bölüşür:

– 3-cü kursda oxuyanda bacım Nərmin də universitetə qəbul oldu. Hər ikimizin təhsil xərci ailəmiz üçün ağır yük idi.Valideynlərimə daha çox yük düşməsin deyə təhsil haqqının ödənilməsində təhsil tələbə kreditindən istifadə etməyə qərar verdim. Müraciət prosesi çox sadə idi. Lazımi sənədlərlə müraciət etdim və qəbul olundum. Kreditin şərtlərinə görə bu vəsait semestrlərə bölünür və  illik təhsil haqqının 20 faizini tələbə, qalan hissəni isə Fond ödəyir.

Standart tələbə kreditində illik dərəcə 6 faiz təşkil edir. Lakin tələbənin orta qiymət göstəricisi (ÜOMG) 91 baldan yuxarı olduqda, həmin semestr üçün faiz hesablanmır. Bu, yaxşı oxuyan tələbələr üçün böyük üstünlükdür.

Mən bakalavr təhsilimin iki dövründə, magistratura təhsilimin isə bir dövründə bu kreditdən yararlanmışam. Şərtlərdən biri də odur ki, rəsmi iş olmadığı müddətdə kreditin ödənişi başlamır. Yalnız işlədikdə  ödəniş aylıq gəlirlərə uyğun şəkildə həyata keçirilir. 

Kreditin alınması və müraciət prosesi rahatdır 

 Təhsil Tələbə Krediti Fondu tələbələrə maddi-mənəvi dayaqdır. Çünki gənclər valideynlərinə yük olmadan təhsillərini davam etdirə, gələcək karyeraları yolunda inamlı addımlar ata bilirlər. Fondun ən son statistikasına nəzər saldıqda görünür ki, bu günədək elektron portala 62 mindən çox müraciət daxil olub və bu, minlərlə gəncin öz arzusuna  çatmasına imkan verib.  48 mindən artıq kredit müqaviləsi rəsmiləşdirilib ki, bu da çoxsaylı tələbənin bilikli gələcəyə doğru addımlamasına şərait yaradıb. Təkcə ötən tədris ilinin payız semestrində 9 min 340 müraciət qeydə alınıb, onların 6 min 562-si təsdiqlənərək kreditlə təmin olunub. Bu göstəricilər arasında 2 min 337 tələbə sosial kredit, 4 min 225 tələbə isə standart kredit əldə edib.

Mövzu ilə bağlı TTKF ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, təhsil tələbə kreditlərindən yalnız Azərbaycan vətəndaşı olan tələbələr istifadə edə bilərlər. Bu imkan birinci kursun ilk semestrindən əyani və ödənişli əsaslarla təhsil alan tələbələr üçün əlçatandır.

Kreditlər isə iki növdə təqdim olunur, yalnız sosial statusu olan tələbələr üçün sosial kreditlər – illik 2 faizlə, sosial statusu olmayan tələbələr üçün standart kreditlər – illik 6 faizlə. Qeyd edək ki, ailədə bir neçə uşaq eyni vaxtda təhsil alırsa, hər biri kreditdən faydalanmaq imkanına sahib olur.

Ləman TƏHMƏZ 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri